Ağsu Rayon Mərkəzi Xəstəxanasında 17 iyun-Tibb İşçiləri Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Ağsu Rayon Mərkəxi Xəstəxanasının direktoru və tibb kollektivi iştirak ediblər.
Xebercimedia.az xəbər verir ki, Tədbiri giriş sözü ilə açan Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov ilk öncə şəhid həkim Şahin Quliyevi dərin ehtiramla yad edib. Daha sonra Əli Hüseynov çıxışında tibb işçilərini peşə bayramları və Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu gün dövlətin tibb sahəsinə göstərdiyi diqqət sayəsində Azərbaycan səhiyyəsində uğurlu islahatlardan, yeni texnologiyaların tətbiqindən, müəssisədə aparılan yeniliklərdən söz açıb.
Tədbirin sonunda şəhid Şahin Quliyevin bütsinin önünə gül dəstələri düzülüb.Xeberci.info
00102