Bia.Az

Ərkivanda 200 ailəyə Qurban bayramı sovqatı verildi – VİDEO/FOTOLAR

Cəmiyyət
 17-06-2024, 00:22     669

Qurban bayramı ilə əlaqədar Masallı rayonunun Ərkivan qəsəbəsində xeyriyyə aksiyası keçirilib.

Asiya.az xəbər verir ki, “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin təşkilatçılığı ilə keçirilən aksiya “Ərkivan Şəhidlər Parkı”-nın ziyarəti ilə başlayıb. Tədbir iştirakçıları abidə kompleksinin qarşısına gül dəstələri düzərək, 
şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Sonra bayram aksiyası “Zeynoba Mərasim evi”ndə davam edib. 
Aksiyada iştirak edən qəsəbə ziyalıları, ictimaiyyət nümayəndələri müqəddəs bayram münasibətilə təbriklər söyləyərək, yardım aksiyasına dəstək verənlərə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra hər birinin dəyəri 45 manat olan 200 ədəd sovqat bağlaması xeyriyyə cəmiyyətinin könüllüləri tərəfindən şəhid və qazi ailələri də daxil olmaqla qəsəbədə yaşayan aztəminatlı ailələrə çatdırılıb.

DİQQƏT! “Ərkivan Xeyriyyə Cəmiyyəti” etik səbəblərdən və reklam məqsədli olmadığı üçün bayram sovqatı aparılan ailələrin kimliyini məxfi saxlayaraq onların FOTO və VİDEO görüntülərini yayımlamır!

Qurban bayramınız mübarək olsun!













































скачать dle 12.1