Bia.Az

Həbsxanaya çağırılıb təhdid edilən vətəndaş prezidentdən kömək istəyir - ŞOK TƏFƏRRÜAT

Cəmiyyət
 22-05-2024, 13:31     263

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi ev 3, mənzil 12-də qeydiyyatda olan Məmmədov Zaur Rahil oğlu Prezident İlham Əliyevə, birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya,baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Daxili İşlər naziri Vilayət Eyvazova şikayət ünvanlayıb.

Adıçəkilən şəxsin vəkili Elçin Sadıqovun Gununsesi.info-ya təqdim etdiyi şikayətdə sensasion cinayətdən bəhs olunur.

Həmin şikayəti olduğu kimi təqdim edirik:

Mən – Məmmədov Zaur Rahil oğlu sizə müraciət edərək bildirirəm ki, mütəşəkkil cinayətkar qrupun kriminal əməllərinə məruz qalmışam, ixtisasca həkim kimi tanıdığım Seyid Mircavid Mirsəməd oğlunun (mobil 050 989 09 09) sifarişi ilə kriminal aləmin nümayəndələri tərəfindən cəzaçəkmə müəssisəsinə çağırılmışam, hədələnmişəm, mənə qısa vaxt verilib, Mircavidə pul verməyim tələb olunub. Mən də özümün, ailəmin məhv ediləcəyindən qorxmuşam, mənzilimi və maşınımı dəyərindən aşağı qiymətə məcburiyyət qarşısında satıb bu qruplaşmaya verdim. Mənim bu qruplaşma ilə heç bir əlaqəm yoxdur, heç vaxt olmayıb, həmin şəxsləri özünü həkim kimi təqdim edən Mircavid Seyidova görə tanımışam.

Belə ki, Gülməmmədova Mələk Cənnət qızının çıxarışla mülkiyyətində olan torpaq sahəsinin satılmasında vasitəçi (makler) kimi iştirak etmişəm. Mələk Gülməmmədova 58000 manata torpaq sahəsini Heyran Seyidə satıb. Heyran Seyidin adından qardaşı Seyid Mircavid Mirsəməd oğlu nümayəndə kimi iştirak edib. O, 58000 manat ödəniş etməklə torpağı alıb. Lakin sonrada Mircavid Seyid torpağı qaytarmağı tələb etdi. Mın torpağın artıq notariusda satıldığını, ona görə də bunun mümkün olmadığını bildirdim. O isə mümkün yolların olduğunu deyib kriminal aləmə müraciət edərək məni sifariş verdi. Qəflətən mənə cəzaçəkmə müəssisəsindən – “asobudan” Qeybəli adlı şəxs zəng etdi və dedi ki, “asobudan” “asobu” Mikayıl səni çağırır, gəlməyin məcburdur. Mən Məcbur olub 17 saylı cəzaçəkmə müəssisinə getdim. Mikayılın qonağı kimi məni buraxdılar və Mikayıl, Ceyhun və adını bilmədiyim digər məhkumlar məni qəbul etdi və mənə dedilər ki, Mircavidin 58000 manatını verməlisən, mənə qısa vaxt verildi, deyildi ki, çöldəki adamlarımız səni çağıracaq, pul vəsaiti ilə hazır gələrsən. Mən oradan çıxdım. Sonra mənə Ceyhun zəng etdi ki, bayırdakı adam sənə zəng edəcək. Ceyhun bayırdakı adamı Ədalət ( 055 532 03 32) mənə zəng etdi. Onunla görüşdüm. Ədalətin yanında həmişə tanımadığım adamlar olurdu. Nəhayət mən məcbur olub yeganə yaşadığım mənzili və avtomaşınımı dəyərindən çox ucuz qiymətə satdım, ailəmi kirayəyə çıxartdım, Ədalətə bu barədə bildirdim . Mircavid, Ədalət və Ədalətin adamları dəstə ilə gəldilər. Mən, Mircavid və Ədalət söhbət etdik. Mircavid dedi ki pulu Ədalətə verərsən, mən həkiməm, vaxtım yoxdur, gəlib gedə bilmirəm, həvalə elədi Ədalətə. Mən də 52500 manat pulu 3 dəfəyə Ədalətə verdim, lakin Mircavid məni həm torpaqdan, həm mənzilimdən, həm də maşınımdan məhrum etdi. Onun sifarişi ilə kriminal aləm məni sıxıb qorxudub mənzilimi və maşınımı dəyərindən ucuz qiymətə satdırıb 52500 manat pulumu hədə qorxu ilə alıblar.

Həmin vaxtdan bu günə 5 ildir ki, kirayədəyəm, mənzillərin dəyəri həddindən artıq qalxıb, Mircavidin sifarişi ilə bu kriminal mütəşəkkil dəstə məni çəkə bilməyəcəyim zərəri, zülmü veriblər, mənə hədə-qorxu ilə pul(əmlak) tələbi ilə cinayəti törədiblər.

Bu göstərdiyim faktların araşdırılmasını, mənə vurulmuş zərərin hazırkı dəyərdə ödənilməsini, Mircavid Seyid və onun rəhbərlik etdiyi kriminal mütəşəkkil qrupun üzvlərinin məsuliyyətə cəlb edilməsini xahiş edirəm.
скачать dle 12.1