Bia.Az

"SMM üzrə inkişaf proqramı" davam edir

Cəmiyyət
 8-04-2024, 16:01     446

"Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin "SMM üzrə inkişaf proqramı" davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “SMM üzrə inkişaf proqramı” davam edir.
 
Layihə çərçivəsində seçilmiş 30 gəncə sosial media istiqamətində 4 müxtəlif təlim keçirilib.
 
Təlimlərdə, Könül Qurbanəliyevanın “SMM haqqında ilkin biliklər” , Şüşəxanım Muradovanın “Kontent marketinq və rəng psixologiyası”, Nərmin Hacıyevanın “İnstagram profilinin düzgün qablaşdırılması və sosial mediada satış” və  Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini, TURKICWORLD media platformasının rəhbəri, AzərPress Media Agentliyinin təsisçisi Rufiz Hafizoğlunun “Press-relizin yazılması və KİV-lərlə iş” mövzuları yer alıb.
 
Qeyd edək ki, layihəni yekunlaşdıran gənclər bu layihədə iştirak etdiklərini təsdiq edən rəsmi sertifikat əldə edəcəklər.
 
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
 
Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

BİA.az
скачать dle 12.1