Bakı aeroportunda inanılmaz görüntü: “Ölüm şəhərinə” kimlər gedir? – FOTO

İyunun 27-dən Rusiyanın Yekaterinburq şəhərində gərgin hadisələr baş verir. Belə ki, həmin tarixdə rus “OMON”unun basqını nəticəsində Səfərov qardaşları qətlə yetirildi, bir neçə nəfər ağır yaralandı, onlarla şəxs həbs edildi.
Hadisələrin ən pik nöqtəsi isə iyul ayının 1-də yaşandı. Belə ki, azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlənski sərt şəkildə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edildi. Doğrudur, o, bir müddət sonra sərbəst buraxılsa da, hazırda xeyli sayda soydaşımızın orada həbsdə saxlanıldığına dair məlumatlar var. Bu hadisələr Rusiya–Azərbaycan münasibətlərinə ciddi təsir edib və tərəflər bir-birilərinə qarşı qarşılıqlı ittihamlar səsləndirirlər.
Globalinfo.az xəbər verir ki, belə gərgin bir vəziyyətdə Flıghtradar canlı uçuş izləyicisi sistemində göründüyü kimi Bakıdan Yekaterinburqa aviareys mövcuddur və təyyarənin yaxın dəqiqələrdə uçuş edəcəyi gözlənilir.
Uçuş “Red Wings” aviaşirkətinə məxsus “Su-95″ təyyarəsi ilə həyata keçiriləcək. Bu reyslə kimlərin Yekaterinburqa uçduğu isə xüsusi maraq doğurur. Azərbaycanla Yekaterinburq arasında intensiv aviareyslərin olması məlumdur. Ancaq indi “ölüm şəhəri” kimi xarakterizə edilən Yekaterinburqa kimlərin cəsarət edib getdiyi maraqlıdır. Çünki hazırki vəziyyətdə bu cür səfərlər olduqca riskli sayılır.