Yekaterinburqda daha bir azərbaycanlı həbs olundu

Yekaterinburqun Leninski Rayon Məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərəfinin şikayəti əsasında həbs qətiimkan tədbiri seçib.
Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sütülüb.
Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.
***
Yekaterinburq Leninski Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Onun barəsində il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.