Bia.Az

"Növbəti Stansiya Gənclik regionlarda" layihəsi başa çatıb

Cəmiyyət
 8-04-2024, 15:56     318

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Növbəti Stansiya Gənclik regionlarda” layihəsi başa çatıb.

Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub.

“Komanda quruculuğu”, “Karyera planlaması”, “Xaricdə təhsil imkanları”, “Natiqlik”, “Zamanın idarə olunması” və digər mövzular olmaqla ümumilikdə 3 istiqamətdə - Siyəzən, Qobustan, Abşeron regionlarında təlim sessiyası keçirilib və layihə ümumilikdə 300 gənci əhatə edib . Həmçinin, gənclərlə keçirilən görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri keçirilib.

Diqqətə çatdırılıb ki, layihənin davamlılıq mərhələsində iştirakçılar öyrəndikləri bilik və təcrübələri öz yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşəcəklər.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.скачать dle 12.1