Bia.Az

Gərginlik pik həddə - Putin zəng edəcək

Gündəm
 Bu gün, 00:19     73

Rusiya Prezidenti Vladimr Putin bu axşam beynəlxalq telefon danışıqları aparacaq.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, həmçinin bildirib ki, Rusiya ABŞ-ın Kiyevə silah tədarükünü dayandırmasını diqqətlə izləyir:

“Kiyev nə qədər az raket alarsa, xüsusi hərbi əməliyyatın sonu bir o qədər yaxın olar. Kreml hesab edir ki, Rusiya tərəfindən hazırlanmış memorandumun mediada müzakirəsi Ukrayna ilə nizamlama prosesinə zərər verə bilər. Rusiya hələ Ukrayna tərəfi ilə müzakirə olunmamış memorandumun məzmununu ictimaiyyətə açıq şəkildə müzakirə etmir”.

Peskov əlavə edib ki, Putinlə Tramp arasında danışıqların hazırlanması barədə öncədən məlumat verilməyəcək, danışıqlardan sonra informasiya təqdim olunacaq.скачать dle 12.1