Bia.Az

Azərbaycanda yayılan xəstəlik qızılca deyil? - Tanınmış həkim açıqladı

Cəmiyyət
 22-03-2024, 16:26     161

Ötən ilin payızından bəri ölkədə uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılıb.

"Cebhe.info" xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə Azərbaycanda yayılan xəstəliyin əslində qızılca yox, meymunçiçəyi olması ilə bağlı məlumatlar yayılıb. İnsanlar buna görə narahatlıqlarını ifadə edirlər.

Maraqlıdır ki, yayılan xəstəlik qızılcadır, yoxsa meymunçiçəyi?

Məsələ ilə bağlı tanınmış pediatr Əfsanə Allazova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, meymunçiçəyinin yayılması barədə iddialar yalandır:

"Rəsmi bu haqda heç bir yerdə məlumat yoxdur. Bununla yanaşı, səpgilər meymunçiçəyində daha fərqli olur. Hər xəstəliyin öz törədicisi olduğu kimi, meyçunçiçəyi və qızılcanın da törədiciləri başqadır. Qızılca hava-damcı yolu ilə yoluxur, meyçunçiçəyində isə belə deyil".
скачать dle 12.1