Bia.Az

Yaşlı insanları narahat edən yeniyetmə - Afiyəddin Cəlilovun nəvəsi xəstəxanaya yerləşdirilib

Cəmiyyət
 29-01-2024, 19:21     184

Sosial platformaların missiyası maarifləndirmək deyil. Amma şəbəkələr insanların səfeh davranışlarının meydanı da olmamalıdır. Cəmiyyətdə özünə yer tapa bilməyən bacarıqsız adamlar sosial platformalarda uğur qazanmağa çalışır. Adətən, bunun üçün qəbulolunmaz vasitələrdən istifadə olunur.

Bizimyol.info xəbər verir ki, Bakıda yaşlı insanları narahat edən yeniyetmə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bu barədə məlumat verib. Doqquzuncu sinif şagirdi olan A.C. ilə bağlı belə qərar verildiyi bildirilib.
Söhbət vaxtilə parlamentin sədr müavini, prezidentin müşaviri olmuş mərhum Afiyəddin Cəlilovun eyni ad-soyadlı nəvəsindən gedir.
Nurlan Əliyev bildirib ki, həmin yeniyetmə ilə bağlı əvvəllər də uyğun tədbirlər görülüb. Buna baxmayaraq, o, hərəkətlərini davam etdirib. Yeniyetmənin valideynləri ilə növbəti müzakirədən sonra onun xəstəxanaya yerləşdirilməsi qərara alınıb.
Afiyəddin Cəlilovun nəvəsi olduğu deyilən yeniyetmə sosial platformalarda qeyri-adekvat videolarla tanınmışdı. 2009-cu il təvəllüdlü yeniyetmə gah ictimai nəqliyyatda yerə uzanır, gah insanların iradəsinin əleyhinə olaraq onlara toxunur, gah da iaşə obyektərində satıcının yerinə soxulurdu.
Videolarda adamları çox qıcıqlandırdığı hiss olunurdu. Görünür, məhz son videonun səs-küylü olması vacib qərarda rol oynayıb. Yeniyetmə bu dəfə təxminən 75-80 yaşlı qadını qucağına alıb. Qadın az qala yıxılacaqmış.
Belə davranış sosial şəbəkələrdə böyük etiraz yaradıb. İnsanlar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşlarının adlarını fərqləndirərək yeniyetmənin cəzalandırılmasını istəyiblər.
Onu müdafiə edənlər də tapılıb. Guya cəmiyyət azadlığa, əyləncəyə hazır deyil.
Belə əyləncə olur? Yeniyetmə xüsusilə yaşlı insanları çox narahat edirdi. Elə videoların özündə ona etiraz nəzərə çarpırdı. Bir müddət əvvəl metroda sərnişinlərdən biri yeniyetmənin özbaşınalığına dözməmişdi, onu kötəkləmişdi. Onun cəzalanmaması da ayrıca qıcıq yaradırdı. Yazırdılar ki, vəzifəli adamın qohumu olması yeniyetmənini işinə yarayır. Bu dəfə ən çox səslənən arqument də yeniyetməni xilas etməyib.
Afiyəddin Cəlilov 1994-cü ildə yaşadığı evin qarşısında qətlə yetirilib.скачать dle 12.1