Bia.Az

"Şəhərdə boş yer görən kimi sahibkarlar həmin yeri hansısa formada "alıb", yaşayış binası tikməyə çalışırlar"

Cəmiyyət
 29-01-2024, 16:29     190

Bir neçə gün əvvəl Bakının uzun illərdir ki, səbrsizliklə gözlədiyimiz Baş Planı Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Bakının Baş Planı 18 il gecikdi. Belə ki, Bakıya Baş Plan sonuncu dəfə 1986-cı ildə tərtib edilmişdi. 2005-ci ildə Baş Plan yenilənməli idi. Amma gecikdi. İndiki Baş Planın 2040-cı ilə qədər həyata keçirilməsi nəzərdə tutulur. Baş Planın büdcəsi isə, nə az, nə çox düz 93,5 milyard manatdan bir qədər çoxdur. Bura həm də nəqliyyatla bağlı məsələlər daxildir. İndi etiraf edək ki, Bakı Şəhəri bu 18 ildə sözün əsl mənasında "tikilib". Və daha tikiləcək yeri qalmayıb.

Bəs Baş Plan necə həyata keçiriləcək?

Memar Cahid Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakının Baş Planının bu qədər ara ilə gec təsdiq edilməsi bir çox problemlərə yol açdı. Şəhərsalma və memarlıqda xaousun yaranmaısna səbəb oldu.
Cahid Həsənov Cahid Həsənov“Şəhərdə bir qədər boş yer görən kimi sahibkarlar həmin yeri alıb, yaşayış binası tikməyə çalışırlar. Çünki çalışırılar ki, tikəndən sonra qoyduqları sərmayənin bir neçə qatını çıxara bilsin. 5-7 il müddətində yerli icra idarəetmə orqanları tərəfindən, hətta bələdiyyələr tərəfindən boş torpaqlar sanki əridildi. İndi yeni Baş Plan təsdiq edilib. Baş plana görə, sıx ərazilərdə 5 mərtəbədən çox bina tikilməsinə icazə verilməyəcək.
Bəs o bu günə qədər icazə verilmiş binaların taleyi necə olacaq?  Mənim belə təklifim var ki, bütün çoxmərtəbəli binalar sökülsün, 5 mərtəbə saxlanılsın. Amma bu da xüsusi mülkiyyət hüququna ziddir”-deyə memar vurğulayıb.
Mütəxəssis qeyd edib ki, Bakının Baş Planı artıq təsdiq edildiyinə görə, bundan sonra heç bir yerli icra idarəetmə orqanının hüququ yoxdur ki, bina tikintisi ilə bağlı imza atsın.скачать dle 12.1