Bia.Az

Dərslikdəki Qarabağ gerçəyi nazirə baha başa gələ bilər – FOTO

Cəmiyyət
 29-01-2024, 16:08     154

Ermənistanda 7-ci sinif “Erməni tarixi” dərsliyində gerçəklərin yazılması ölkədə aksiyalara səbəb olub.

BİA.az Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistanın Təhsil və Mədəniyyət Nazirliyi önündə keçirilən aksiyada nazir Janna Andreasyanın istefası tələb olunub. Aksiyaçılar onun istefası üçün nazirliyə çoxsaylı ərizələr təqdim edib, 24 saat ərzində müraciətlərinə cavab verilməsini gözləyəcəklərini bildiriblər.

Aksiyanın təşkilatçılarından olan Ermənistan Xalq Hərəkatının koordinatoru Vazgen Petrosyan mütəxəssislərin, alimlərin, valideynlərin bu dərsliyə qarşı olduqlarını bildirib. O, aksiyaçıların məsələnin həlli üçün sona qədər gedəcəklərini deyib.

Qeyd edək ki, Ermənistanda ciddi narazılığa səbəb olan dərslikdə erməni tarixinin “təhrif” edildiyi iddia olunur. Məlumata görə, dərslikdəki xəritələrdə Qarabağ Azərbaycan ərazisi kimi təqdim edilib.

скачать dle 12.1