Bia.Az

Telefonlarımızı 50 il "nüvə enerjisi" ilə təmin edəcək batareya hazırlanır

Cəmiyyət
 17-01-2024, 14:50     240

1900-cü illərdən bəri həyatımızda olan nüvə enerjisi bir çox fərqli sahədə istifadə edilə bilər. Çinli bir startap deyir ki, bu enerji tezliklə smartfonlarımıza gələ bilər. Üstəlik, o, bu texnologiya sayəsində telefonlarımızı doldurmaq ehtiyacının da aradan qaldırıla biləcəyi iddia edilir.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu təşəbbüs Pekində yerləşən "Betavolt" şirkətində gəluib. Atom enerjisini miniatürləşdirmə işləri ilə məşhu olan şirkət inqilab potensialına malik batareya hazırladığını bildirib.
Deyirlər ki, telefonlarımız eneji doldurulmadan 50 il işləyə bilər
"Betavolt"un iddiasına görə, bu akkumulyator 50 il şarj və ya texniki xidmət tələb etmədən işləyə bilər. Şirkətdən verilən məlumatda əlavə olaraq deyilir ki, buna 63 nüvə izotopunu sikkə qədər kiçik modula yerləşdirməklə nail olunub. Açıqlamaya görə, nüvə batareyası 15x15x5 kub millimetr ölçülərə malikdir və 3V gərginlikdə 100 mikrovat güc təmin edir. Şirkət əlavə edir ki, 2025-ci ilə qədər 1 vattlıq akkumulyator istehsal etməyi planlaşdırır.
Şirkətin məqsədi bu nüvə batareyasını kütləvi şəkildə istehsal etmək və onu telefonlar və dronlar kimi cihazlarda istifadəyə verməkdir. Hətta artıq sınaqlara başlanıldığı da bildirilir. Lakin batareyaların buraxılış tarixi ilə bağlı heç bir məlumat verilmir.
"Betavolt" nüvə batareyalarının etibarlı olduğunu iddia edir
Təbii ki, radioaktiv maddələrin istifadəsi böyük narahatlıq yaradır və insanların bu batareyaları ciblərinə qoymaq istəməməsinə səbəb ola bilər. "Betavolt" deyir ki, batareyanın çox qatlı dizaynı alışma və partlayışın qarşısını alır. Onun -60 və 120 dərəcəyə qədər istilərə tab gətirə biləcəyi də iddia edilir. "Təhlükəsizliyə gəlincə, "Betavolt"un atom enerjisi batareyası tamamilə təhlükəsizdir. O, xarici radiasiya ehtiva etmir və insan bədənində kardiostimulyator və süni ürək kimi tibbi cihazlarla istifadə üçün uyğundur", - deyə məlumatda qeyd edilir.
Lakin bu bəyanat bütün narahatlıqları aradan qaldırmır. Nüvə batareyaları illərlə davam edə bilən uzun ömürləri ilə tanınsa da, təhlükəsizlik və ətraf mühitlə bağlı suallar doğurur. Beləliklə, milyonlarla insanın cibinə sığacaq bir məhsulun buraxılması çox güman ki, tənzimləyicilərin təzyiqi altında olacaq. Şirkət “atom enerjisi ilə işləyən akkumulyatorların ekoloji cəhətdən təmizdir” deyərək, 63 izotopun parçalanma müddətindən sonra onların radioaktiv olmadığı və ətraf mühit üçün təhlükə yaratmadığını bildirir.скачать dle 12.1