Bia.Az

Vizasız səfər: hansı pasportlar güclüdür?

Cəmiyyət
 10-01-2024, 14:58     145

Vizasız səfər meyarına əsaslanan pasport reytinqi yayılıb. Novator.az bildirir ki, İsveçrənin “Henley & Partners” şirkətinin tərtib etdiyi reytinqə görə, Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur, İspaniya pasportları ilə 194 ölkəyə vizasız giriş mümkündür.

Finlandiya, Cənubi Koreya, İsveç pasportları 193, Avstriya, Danimarka, İrlandiya, Niderland pasportları 192, Belçika, Lüksemburq, Norveç, Portuqaliya, Böyük Britaniya pasportları 191, Yunanıstan, Malta, İsveçrə pasportları 190 ölkəyə vizasız səfər imkanı verir.

Azərbaycan pasportuna 72 ölkədə viza tələb olunmur.

Estoniya, Litva pasportları 187, Latviya pasportu 186 ölkədə vizasız işləyir.

Ukrayna pasportuna 148, Moldova pasportuna 122, Gürcüstan pasportuna 121, Rusiya pasportuna 119, Türkiyə pasportuna 118 ölkədə yaşıl işıq var.

Belarus pasportu ilə 81, Qazaxıstan pasportu ilə 78, Ermənistan pasportu ilə 68, Qırğızıstan pasportu ilə 65, Özbəkistan pasportu ilə 62, Tacikistan pasportu ilə 61, Türkmənistan pasportu ilə 52, İran pasportu ilə 45 ölkəyə vizasız səfər eləmək olar.


BİA.az
скачать dle 12.1