Bia.Az

"Sosial mediadan həddindən artıq istifadə gənclərdə narahatlıq və depressiyaya səbəb ola bilər"

Cəmiyyət
 7-01-2024, 14:53     129

“İlk növbədə kiber zorakılıq uşaqların psixi sağlamlığına və özünə hörmətinə təsir edən ümumi problemdir. Məxfilik və şəxsi məlumatların şüursuz şəkildə paylaşılması başqa bir kritik məsələdir. Bundan əlavə, sosial mediadan həddindən artıq istifadə gənclərdə narahatlıq və depressiyaya səbəb ola bilər”

Bizimyol.info xəbər verir ki, bunu Yeditepe Universiteti Kompüter və Tədris Texnologiyaları Təhsili Bölməsi Başçısı Prof. Dr. Qonca Kızılkaya Cumaoğlu Türkiyə mətbuatına açıqlamasında deyib.
Yeditəpə Universitetindən verilən açıqlamada öyrənməyi, dünyanı tanımağı, ətrafdan xəbərdar olmağı asanlaşdıran və zaman zaman yaradıcı ideyaların ortaya çıxmasına şərait yaradan sosial medianı düzgün istifadə edilmədikdə, xüsusilə, uşaqlarda ciddi zərərləri olduğu vurğulanıb.
Qeyd dilib ki, valideynlər bilməlidirlər ki, sosial medianın həddindən artıq istifadə nəticəsində narahatlıq və depressiyaya səbəb ola bilər və onlar bununla bağlı daha diqqətli olmalıdırlar: “Uşaqlarımızı sosial mediadan qopara və ya xilas edə bilmərik!”, - deyə onların tez-tez işlətdiyi bu ifadələrlə şikayət etdikləri bildirilib.
Universitetdən verilən açıqlamada fikirlərinə yer verilən prof. Dr. Cumaoğlu sosial medianın uşaqlara müsbət və mənfi təsirləri haqqında məlumat verib. Cumaoğlu sosial medianın uşaqların həyatına necə müsbət töhfə verə biləcəyinə toxunub.
Sosial medianın hər yerdə olduğu bir dövrdə uşaqların demək olar ki, hamısının valideynləri kimi sosial media platformalarından aktiv istifadə etdiyini qeyd edən Cumaoğlu: “Uşaqlar vaxtlarının əhəmiyyətli bir hissəsini məşhur onlayn mühitlərdə keçirirlər. Biz bu prosesi idarə etməyə çalışarkən, ya çox narahat olduğumuz üçün onu tamamilə qadağan etməyə çalışırıq, ya da həyata keçirə bilməyəcəyimiz və imtina edə bilməyəcəyimiz qaydalardan bezmiş oluruq", - deyib.
Cumaoğlu qeyd edib ki, sosial medianın cazibəsi onun ünsiyyət, əyləndirmə və məlumatlandırma qabiliyyətindədir. Bu vəziyyətin təhsil məzmununa asan çıxış, öyrənmə və marağın oyanması, fərqli perspektivləri tanıması və mədəni fərqlərlə qlobal şüurun artmasına şərait yaratdığını ifadə edən Cumaoğlu, yaradıcı fikirlər əldə etməyin və özünü ifadə etmə imkanlarının da diqqətdən kənarda qalmaması lazım olduğunu ifadə etdi.
Valideynlərin bir tərəfdən faydası, digər tərəfdən zərəri və qarşısıalınmaz cazibəsi ilə uşaqlarını sosial mediadan uzaq tutmaqda çətinlik çəkdiklərini ifadə edən Cumaoğlu, sosial medianı necə yaxşı idarə etmələri ilə bağlı bunları söylədi: “Biz bunu üç əsas ölçüdə həll edə bilərik: Ünsiyyət qurmaq, təlim vermək və effektiv monitorinq”, - deyə o bildirib.
Cumaoğlu ən praktik təklifləri belə sıraladı: "Aydın sərhədlər təyin edin, qaydaları müəyyənləşdirin, məlumatın düzgünlüyünə şübhə etməyi öyrədin, nəzarət edin və istiqamətləndirin, nümunə olun, məxfiliyin vacibliyini öyrədin, oflayn fəaliyyətləri təşviq edin, kiber zorakılığı müzakirə edin. Sosial media, rəqəmsal mühiti başa düşmək uşaqlara təhlükəsiz şəkildə hərəkət etmələrinə kömək etmək üçün açardır. Ağlabatan məhdudiyyətlər qoymaqla, açıq ünsiyyət saxlamaqla və fəal şəkildə təlimat verməklə sosial media onların həyatına müsbət töhfə verə bilər", - deyə prof. Dr. Cumaoğlu qeyd edib.скачать dle 12.1