Bia.Az

Xərçəngin qarşısını alır! Suda bişirmək şiş hüceyrələrini bir-bir əridir

Cəmiyyət
 25-12-2023, 02:28     282

Bəzi qidalar var ki, insan sağlamlığında qoruyucu rol oynayır. Qırmızı turp da onlardan biridir. Xərçəngə qarşı təsirli qidalar arasında yer alan bu tərəvəz həm güclü bir qalxandır, həm də çox sağlamdır.

BİA.az Sherg.az-a istinadən xəbər verir ki, kök bitkisi olan turp, sağlamlığının qayğısına qalan ailələrdə geniş  istifadə olunur.İmmunitet sistemini gücləndirən turp qış aylarında baş verən tənəffüs xəstəliklərinə qarşı da qoruyucu təsirə malikdir. Mütəxəssislər soyuqdəymə, öskürək, bronxit kimi xəstəliklər üçün turp istehlak etməyi məsləhət görürlər.

C vitamini, fol turşusu və kaliumla zəngin olan turp yüksək antioksidant aktivliyə malikdir. Vitamin və minerallarla zəngin olan bu tərəvəz qış aylarının xilaskarı ola bilər.

Tərkibində B qrupu vitaminləri, kalsium və maqnezium olan turp insan orqanizminə lazım olan maddələrin qarşılanmasında təsirli rol oynayır. Araşdırmalara görə, turpu su ilə bişirmək xərçəng hüceyrələrinə qarşı təsirlidir.

Bir araşdırmanın nəticələrinə görə, turp kökü bəzi xərçəng hüceyrələrini məhv etməkdə faydalı təsir göstərə bilər. Kükürd birləşmələri ilə zəngin olan turp xərçəngdən qoruyur.

Tərkibindəki flavonoidlərlə trup  xərçəng hüceyrələri ilə mübarizə aparır. 

Glisemik indeksi aşağı olan turp qan şəkərinin düşməsinə səbəb olmur. Əksinə, qan şəkərinin daha balanslı olmasını təmin edir. Qan şəkərində ani düşmələrin qarşısını alaraq aclıq hissinin qarşısını ala bilər.

Turpun tərkibindəki lifli quruluş həzm sistemini dəstəkləyir. Bu şəkildə rahatlamada təsirli ola bilər. Bağırsaqlara qarşı müalicəvi xüsusiyyətlərə malıkdir. Qəbizlik problemini həll edir.

Müxtəlif tədqiqatların nəticələrinə görə, ürək xəstəlikləri riski digər xəstəliklərdən qat-qat yüksəkdir. Turp tərkibindəki birləşmələr sayəsində mümkün ürək xəstəliyi riskini azaldır.
скачать dle 12.1