Bia.Az

İsraildə azərbaycanlıların əsir düşməsi barədə RƏSMİ AÇIQLAMA

Cəmiyyət
 16-10-2023, 21:12     488

Azərbaycan vətəndaşlarının HƏMAS terror qruplaşması tərəfindən əsir götürülməsi barədə iddialar yayılıb. İddialara görə, terrorçular İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb. 

Sözü gedən xəbəri dəqiqləşdirmək üçün Azərbaycanın İsraildəki səfirliyi ilə əlaqə saxladıq.

Səfirlikdən News24.az-a verilən açıqlamada bildirildi ki, iddialar əsassızdır:

"Azərbaycan vətəndaşlarının İsraildə əsir düşməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayib".скачать dle 12.1