Bia.Az

Rəsulzadənin ölümündən öncəki son hərəkəti…

Cəmiyyət
 7-03-2023, 15:47     164

1955-ci ilin 6 martı. Ankara. Məmməd Əmin Rəsulzadə yataqda son anlarını yaşayır. Başı üstündə şəxsi həkimi Məhəmməd Kəngərli, xanımı Leyla Rəsulzadə və bir neçə yaxın adam durub. Çətinliklə nəfəs alan Rəsulzadənin yaşaması üçün dua edirlər.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.

“Rəsulzadə bütün gücünü toplayıb, əlini qaldırıb Məhəmməd Kəngərliyə divarı işarə edir. Orda asılan Azərbaycan bayrağını göstərir. Sonra əlini aparıb ürəyi üstünə qoyur.

Bir az sonra Şərqdə, müsəlman dünyasında ilk demokratik dövlətin ideya müəllifi, böyük millətin böyük oğlu gözlərini yumur. Bu son anda onun yanında olan, onun gözlərini bağlayan Məhəmməd Əmin Rəsulzadənin şəxsi həkimi Məhəmməd Kəngərlinin onun ölümündən sonrakı vəziyyəti haqqında deyir: “Biz hamımız onun üzünə heyrətlə baxırdıq. Çünki dünyadan köçən insanın üzünün nuru hədsiz parlaq idi...” – o bildirib.скачать dle 12.1