Bia.Az

Əli Hüseynovun vətəndaşların müayinə və müəlicəsinə ayırdığı diqqət və qayğı danılmazdır

Bölgə
 1-02-2021, 10:53     577

Ağsu Rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığortaya keçiddən sonra böyük irəliləyişlər nəzərə çarpmaqdadır. Müasir standartlara cavab verən xəstəxanaya müraciət edən xəstələrə hər cür tibbi şərait yaradılmışdır. Həkim qəbulundan tutmuş, rentgen müayinəsinə kimi bütün müayinələrdən pulsuz yararlanan vətəndaşlar, onlara lazım olan və dövlət tərəfindən verilən dərmanlarla da mütəmadi şəkildə təmin olunurlar. Şəkərli diabet, psixoliji müayinə alan xəstələr və əlilliyi olan vətəndaşlar onlara ayrılan dərmanı vaxtli vaxtında heç bir gecikmə halları olmadan əldə edə bilirlər.
Xəstəxanada hər həftənin çərşənbə günü İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən komisiyalar təşkil olunur. İstər əlilkik dərəcəsi almaq istəyən istərsə də digər problemləri olan vətəndaşlar yaradılan komisiyaya müraciət edərək ondan yüksək səviyyədə yararlana bilirlər. Əvvəllər xəstəxananın direktor müavini daha sonra isə Mərkəzi Xəstəxana Publik şəxsin direktoru təyin olunmuş Əli Hüseynovun vətəndaşların müayinə və müəlicəsinə ayırdığı diqqət və qayğı danılmazdır. İstirahət saatlarıda daxil olmaqla vətəndaşları səbr və təmkinlə qəbul edən Əli həkim onlara əlindən gələb köməyi əsirgəmir.
Bütün dünyada eləcə də ölkəmizdə COVİD19 virusunun yayıldığı zamanda xəstəxananın bütün tibbi personalı əhalini bu virusdan maksimum qorumaq məqsədilə gecə gündüz əllərindən gələni edirdirlər. Virusa yoluxmuş insanlara edilən tibbi müdaxilələrlə birgə onların yaşayış yerləri, həmçinin əhalinin sıx olduğu dövlət və ictimai iaşə obyektləri mütəmadi şəkildə dezinfeksiya olunaraq vətəndaşların sağlamlığına çalışılmışdır.
Ağsu adı altında fəaliyyət göstərən bəzi səhifələr varki, görülən bu işlərə kölgə salmaqla yanaşı uydurma yazılar yazaraq qarayaxma ilə məşğul olurlar. Dezinfeksiya tədbirlərinin yalnız döşəmədə aparıldığını söyləyərək sanki yeni nəsə kəşf etmiş kimi yazılar yazırlar. İnsanların döşəmədə gəzdiyini nəzərə alaraq oraların təmizlənərək dezinfeksiya olunması məntiqi cəhətdən daha düzgündür. Xəstəxananın tavanı ilə birbaşa təmasda olunmaması oranın dezinfeksiya olunmamasını ciddi nöqsan kimi göstərmək sadəcə gülüncdür.
Sonda Xeberci.info olaraq tam səmimi şəkildə onu qeyd edirikki, indiyədək verdiyimiz heç bir yazı və məlumatda hər hansı maddiyyat güdməmişik. Bizim saytların idarə olunması üçün bəzi saytlar kimi kimlərisə şantaj edərək pul tələb edilməsinə ehtiyac yoxdur.
скачать dle 12.1