Bia.Az

Ağsu Tədris Mərkəzində 5 aydır HANSI İŞLƏR GÖRÜLÜB - Hesabat

Bölgə
 29-01-2021, 11:46     1 344

Ağsu Tədris Mərkəzi 2020-ci ilin sentyabr ayının 15-dən fəaliyyətə başlamışdır. Mərkəzin təməli Ağsu təhsilinə təkan vermək məqsədilə rayonun tanınmış, xeyirxah və hörmətli insanı cənab Mikayıl İsmayılovun təşəbbüsü ilə qoyulmuşdur. Mərkəzin yaradılmasında ideya müəllifi isə keçmiş Ağsu Bilik Hazırlıq Mərkəzinin rəhbəri Güvənc Mirzəxanovdur. Ağsu Bilik Hazırlıq Mərkəzi qısa müddətdə öz qəbul nəticələri ilə də diqqət çəkmişdir.
Ağsu Tədris Mərkəzində sentyabr ayında dərslərin tədrisinə başlanılmadan öncə onlayn şəkildə qəbul imtahanı keçirilmişdir. İmtahanda iştirak edən şagirdlərin sonradan mərkəzə qəbuluna başlanılmışdır.
Mərkəzdə əsasən 5 istiqamətli hazırlıq proqramı həyata keçirilir. Bunlar aşağıdakılardır:
1.Erkən inkişaf qruplarında hazırlıq (3-4 yaş)
2.Məktəbəqədər qruplarda hazırlıq (5-6 yaş)
3.İbtidai qruplarda hazırlıq (1-4-cü sinif)
4.Təkmilləşdirmə qruplarında hazırlıq (5-8-ci sinif)
5. Abituriyent qruplarında hazırlıq (9-11-ci sinif)
Bundan əlavə tədrisin kefiyyətini yüksəltmək məqsədiylə mərkəzdə aydaxili hər proqram üzrə sınaq imtahanları təşkil edilir. Eyni zamanda şagirdlərin dərs kefiyyətinin artırılması üçün müəllimlər tərəfindən ödənişsiz əlavə dərslərin tədrisi mərkəzin tədris proqramında prioritet məsələlərdəndir. Mərkəzdə şagirdlər minimal 6, maksimal 10 nəfərlik qrup halında təhsil alırlar. Onlar dərslərə qoşulmadan öncə imtahan edilərək öz bilik səviyyələrinə uyğun qruplarda yerləşdirilir.  
Mərkəzdə şagirdlər pedaqoqlar tərəfindən onların tədris proqramlarına uyğun tərtib edilmiş proqram əsasında təhsil almağa başladıqları vaxtdan etibarən daimi nəzarətdə saxlanılır. Həftəlik nəzarət texnikası ilə şagirdin hazırlıq səviyyəsi haqqında valideynlərə məlumat verilir. Mərkəzdə dərslər daimi kamera nəzarətində saxlanılır. Bütün dərs otaqlarına eyni zamanda nəzarət edilir.  Mərkəz bütün müasir texniki avadanlıqlarla, istilik və nəzarət sistemi ilə tam təmin edilmişdir. Burada şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün bütün şərait yaradılmışdır.
Eyni zamanda mərkəzdə şagirdlərin hərtərəfli yetişməkləri üçün müxtəlif sosial fəaliyyətlər təşkil edilir. Müxtəlif bilik yarışları, müxtəlif oyunlar və yarışların təşkili üçün imkanlar yaradılıb. Geniş oyun meydançası da bu məqsədlə hazırlanmışdır.
Mərkəzdə çalışan pedaqoqlar ali təhsilli, yüksək pedaqoji təcrübəyə malikdirlər. Mərkəzin sosial şəbəkə hesablarında onlar haqqında geniş məlumat verilmişdir. Mərkəzin müəllim heyəti şagirdlərin savadlı,vətənpərvər, əxlaqlı yetişməkləri üçün əllərindən gələni etməkdədirlər. Hər bir şagirdə fərdi yanaşmaqla onların gələcək həyatlarına müsbət formada təsirlər göstərmək onların əsas fəaliyyət istiqamətlərini təşkil edir. Şagirdlərin dərs kefiyyətinə daha yaxşı nəzarət məqsədiylə mərkəzin idarəetmə sturukturunda tədris işləri üzrə 2 müavinlik fəaliyyət göstərir. Tədris məsələlərinə nəzarət etməklə mütəmadi olaraq valideynlərlə əlaqə saxlanılması və onların məlumatlandırılması, şagirdlərlə və valideynlərlə iclasların təşkili həyata keçirilir.
Mərkəzin təhsil haqqı rayon insanlarının sosial rifahı nəzərə alınmaqla təyin edilmişdir. Belə ki, mərkəzin təhsil haqqı rayon üzrə bütün digər hazırlıq xidməti göstərən şəxslərlə və ya rayon kənarı digər hazırlıq mərkəzləri ilə müqayisədə daha aşağıdır. Mərkəzdə hər sinif üzrə minimal 5-6 fənn olmaqla tədris həyata keçirilir. Mərkəzdə hər fənn üçün ayrılıqda deyil ümumi olaraq təhsil haqqı ödənilir və bu ayrı-ayrı fəndən hazırlıq keçərkən ödənilən təhsil haqqı ilə müqayisədə daha aşağıdır. Belə ki, təhsil haqqı ortalama 100 azn olmasına baxmayaraq hər ailənin sosial durumu da nəzərə alınır. Bundan əlavə mərkəzin tədris proqramında aztəminatlı, şəhid, qazi, ailələrin uşaqları üçün də təhsil almaq imkanı nəzərdə tutulur. Mərkəzdə məktəblərin karantin rejimi ilə əlaqədar olaraq bağlı olduğu zamanda da məktəbə dəstək məqsədiylə aztəminatlı ailələrin uşaqlarının tam təmənnasız təhsil almaları üçün “sosial layihə” həyata keçirilmişdir. Layihədə 63 nəfər qeydiyyat olmuşdur. Mərkəzdə bizə müraciət edən 3 nəfər şəhid ailəsindən şagird təhsil alır. Ümumilikdə mərkəzdə 114 nəfər ya güzəştli, ya tamamilə ödənişsiz təhsil almaqdadırlar.  
Mərkəzə rayon kənarı kəndlərdən şagirdlərin daha rahat gəliş-gedişini təmin etmək məqsədiylə servis (avtobus) xidməti də fəaliyyət göstərir. Servis haqqı təhsil haqqına daxildir.Mərkəzdə şagirdlər üçün ödənişsiz kitabxana fəaliyyət göstərir.
Mərkəz 3 ay (sentyabr,oktyabr,noyabr) canlı dərsləri tədris etdikdən sonra karantin rejimi ilə əlaqədar onlayn tədrislə fəaliyyətini davam etdirmişdir.(dekabr,yanvar aylarında) Onlayn tədris zamanı dərslərin tədrisi ilə yanaşı onlayn bilik yarışları, iclas və seminarlar da təşkil edilmişdir.

Qeyd:
Mərkəzin qapıları istənilən vaxt hər kəsin üzünə açıqdır. Bütün insanların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin onları maraqlandıran bütün suallarını istənilən saatda cavablandırmağa hazırıq.
Facebook: agsukursu
İnstaqram: agsukursu
Telegram: agsukursu
Ünvan: Ağsu rayon, M.Ə.Rəsulzadə küçəsi,Rabitə bankın yanı.

Əlaqə: 02265260, (077) 3011207, (070) 9202420

Xülasə:
Ağsu Tədris Mərkəzi 15 sentyabr 2020-ci ildə fəaliyyətə başlamışdır.
Mərkəzdə əsasən 5 istiqamətli hazırlıq proqramı həyata keçirilir. Bunlar aşağıdakılardır:
1.Erkən inkişaf qruplarında hazırlıq (3-4 yaş)
2.Məktəbəqədər qruplarda hazırlıq (5-6 yaş)
3.İbtidai qruplarda hazırlıq (1-4-cü sinif)
4.Təkmilləşdirmə qruplarında hazırlıq (5-8-ci sinif)
5. Abituriyent qruplarında hazırlıq (9-11-ci sinif)
Mərkəzin təhsil haqqı rayon insanlarının sosial rifahı nəzərə alınmaqla təyin edilmişdir. Belə ki, mərkəzin təhsil haqqı rayon üzrə bütün digər hazırlıq xidməti göstərən şəxslərlə və ya rayon kənarı digər hazırlıq mərkəzləri ilə müqayisədə daha aşağıdır. Belə ki, mərkəzdə hər sinif üzrə minimal 5-6 fənn olmaqla tədris həyata keçirilir. Mərkəzdə hər fənn üçün ayrılıqda deyil ümumi olaraq təhsil haqqı ödənilir və bu ayrı-ayrı fəndən hazırlıq keçərkən ödənilən təhsil haqqı ilə müqayisədə daha aşağıdır. Belə ki, təhsil haqqı ortalama 100 azn olmasına baxmayaraq hər ailənin sosial durumu da nəzərə alınır. Bundan əlavə mərkəzin tədris proqramında aztəminatlı, şəhid, qazi, ailələrin uşaqları üçün də təhsil almaq imkanı nəzərdə tutulur. Belə ki, həmin uşaqlar mərkəzdə ya güzəştli, ya tamamilə ödənişsiz təhsil almaqdadırlar.
Mərkəzə rayon kənarı kəndlərdən şagirdlərin daha rahat gəliş-gedişini təmin etmək məqsədiylə servis (avtobus) xidməti də fəaliyyət göstərir. Servis haqqı təhsil haqqına daxildir.Mərkəzdə şagirdlər üçün ödənişsiz kitabxana fəaliyyət göstərir. Mərkəzdə dərslər 3 ay (sentyabr,oktyabr,noyabr) canlı dərs şəklində keçrilmişdir. Karantin rejimi ilə əlaqədar onlayn dərslər 2 ay (dekabr, yanvar) keçrilmişdir.

Qeyd:
Mərkəzin qapıları istənilən vaxt hər kəsin üzünə açıqdır. Bütün insanların, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin onları maraqlandıran bütün suallarını istənilən saatda cavablandırmağa hazırıq.
Facebook: agsukursu
İnstaqram: agsukursu
Telegram: agsukursu
Ünvan: Ağsu rayon, M.Ə.Rəsulzadə küçəsi,Rabitə bankın yanı.

Əlaqə: 02265260, (077) 3011207, (070) 9202420
скачать dle 12.1