Zərdabın icra başçısı şəhid ailəsini təhqir etdi, torpağını əlindən aldı – FOTOLAR

Zərdab rayonu Alıcanlı kənd sakini, şəhid atası, birinci qrup əlil Ataxan Əsəd oğlu Əsədov Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadədən Azərbaycan Prezidentinə şikayət edib.
Yenisabah.az-ın məlumatına görə, Alıcanlı kənd sakini şikayət məktubunda bildirib ki, oğlu Sərdar Əhədov Birinci Qarabağ Müharibəsində Ermənistan işğalçılarına qarşı döyüşərək qəhrəmancasına şəhid olub. O, oğlunun Vətənin müdafiəsi uğrunda döyüşməsi, şəhidlik zirvəsinə ucalması ilə fəxr etdiyini, qürur duyduğunu dilə gətirib.
A.Əsədov daha sonra qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda oğlu şəhid olan ataya qanunu sənədlə verilmiş 10 hektar torpaq sahəsini Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadənin sifarişi ilə əlindən alıblar:
“Həmin torpaq sahəsində əkdiyim taxili və yoncanı mal-qaraya otarıb tələf etdilər. Mal-qara sahibləri mənə dedilər ki, buna icazəni icra başçısı Mərdan Camalzadə və onun müavini Pərvin Mahmudova verib. Hansı ki, həmin torpaq sahəsini qanunu qaydada bələdiyyədən müqavilə ilə 25 illik icarəyə götürmüşəm. Əlimdə reyestr çıxarışı və icarə müqaviləsi var. Mən bu barədə iki dəfə Mərdan Camalzadənin qəbulunda oldum. Sonucu dəfə o mənim üstümə şığıyıb “məni bezdirmisən mən torpaq işinə baxmıram qışqırıb məni vurmaq istədi”. Orada olan insanlar müdaxilə etməsəydi icra başçısı məni vuracaqdı”.