Naftalanda evdə yanğın olub, zəhərlənən var

Naftalan şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli evdə yanğın hadisəsi baş verib.
Bu barədə "bia.az" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hadisə zamanı yataq dəsti və xalça yanıb. Yanğın nəticəsində 1 nəfər tüstüdən zəhərlənib.
Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.