Bia.Az

Cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın VƏ YA əslində millət vəkili Eldar Quliyev KİMDİR...

---
 6-01-2022, 14:04     569

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldar Allahyar oğlu Quliyevin adı ölkə ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına görə tanıyıb, hüsnü-rəğbət bəsləyir...

Eldar müəllimin maraqlı tərcümeyi-halı var. O, 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirmiş, 1969-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olmuşdur. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnmişdir.

Eldar Quliyev1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləmişdir. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1975-1987-ci illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışmış, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirantı kimi elmi tədqiqat işi ilə məşğul olmuşdur. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək hal-hazıra kimi ictimai əsaslarına rəhbərlik edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilmişdir. Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunmuş, Almaniyanın Berlin şəhərində Leybnits adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülmüşdür. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunmuşdur. 2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunmuşdur. Ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilmişdir.

2017-ci ilin noyabr ayında İtaliyanın paytaxtı Romada "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabın geniş təqdimatı keçirilmişdir. Tanınmış elm və təhsil ocaqlarının, akademik dairələrin, Romada yerləşən beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələrinin iştirak etdiyi təqdimatda professor Eldar Quliyevə müəllifi olduğu həmin kitabın dünyəvi əhəmiyyət daşıdığına görə BMT-nin İctimai Mükafatlar üzrə Şurası tərəfindən “İlin kitabı” beynəlxalq mükafatı təqdim edilib. Təqdimatda eyni zamanda, professor E.Quliyevə Vatikan Bonifasiana Akademiyasının həqiqi üzvü (akademik) diplomu da təqdim olunub. Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.

Eldar Quliyevə müəllifi olduğu “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabına və beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətlərinə görə İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən BMT-nin İctimai Mükafatlar üzrə Şurasının (UNCOPA) Beynəlxalq Mükafatlar Komitəsinin “Elm və sülhməramlı səfir” fəxri adı və eyni zamanda, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Türk Dünyasında İlin Alimi” Beynəlxalq mükafatı təqdim olunub. Hər iki mükafat 1 iyun 2018-ci il tarixində Bakıda keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabətqabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda təqdim olunub.

Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyəti 2019-cu il 19 fevral tarixli qərarı ilə professor Eldar Quliyevi dünya iqtisadiyyatının ən aktual problemi olan ərzaq təhlükəsizliyinə həsr etdiyi “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyasına görə “İlin alimi” adlı beynəlxalq mükafata layiq görmüş və “Eyler” medalı ilə təltif etmişdir. Təqdimetmə mərasimi 4 aprel 2019-cu il tarixdə Almaniyanın paytaxtı Berlin şəhərində keçirilmişdir. 2020-ci ildə nəşr olunan “Qida təhlükəsizliyinin gücləndirilməsi problemləri və strateji istiqamətləri” adlı monoqrafiyası insan həyatı və sağlamlığı üçün son dərəcə önəmli olan təhlükəsiz qida məhsulları ilə təminat kimi aktual məsələlərin tədqiqinə həsr olunmuşdur.

IIIIIIVV və VI çağırış Azərbaycan Milli Məclisinin üzvü olmuşdur. Hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir.
2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçilmiş, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunmuşdur.
Eldar Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 2019-cu il 20 iyun tarixində Bakıda keçirilən toplantısında bu nüfuzlu beynəlxalq təşkilatın sədr müavini vəzifəsinə seçilmiş, bu qurumda iqtisadi və siyasi sahədə fəallığına görə Assambleyanın “Şöhrət” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Millət vəkili Eldar Quliyevi Azərbaycan Respublikasının "Parlament" medalı ilə təltif etmişdir. Azərbaycan Ağsaqqallar Şurasının 29 sentyabr 2020-ci ildə keçirilən növbədənkənar VIII Qurultayında yekdilliklə Şuranın sədri vəzifəsinə seçilmişdir.

18 iyul 2011-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 iyul 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə deputat Eldar Quliyevi “Qızıl medal”la təltif etmişdir. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar olaraq Eldar Quliyev beynəlxalq təşkilatlarda ölkəmizi uğurla təmsil etdiyinə görə Xarici işlər Naziri Elmar Məmmədyarov tərəfindən yubiley medalı ilə təltif olunmuşdur.

Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası Eldar Quliyevi Türk Dünyası elmində xidmətlərinə görə 2021-ci ilin yanvar ayında " Böyük Qızıl Ulduz " medalı ilə təltif etmişdir.

26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib[

26 iyul 2021-ci ildə “Qlobal qida təhlükəsizliyi: həqiqətlər, çağırışlar və perspektivlər” kitabı mühüm elmi dəyərinə görə və onun BMT-nin elm və sülh səfiri kimi 70 illik yubileyi münasibətilə UNCOPA-nın “KORİFEY” ordeninə layiq görülüb

Yüz şərin, pisliyin içində bir yaxşı varsa, dünya elə o bir yaxşıya görə mənalıdır və yaşamağa dəyər. Eldar müəllim bu bölgüdə ikinciyə aid olan insanlardandır. Onu bir az yaxından tanısan mənəvi dünyasının zənginliyinə heyran qalarsan. Mehriban, iti zəkalı, mədəni, geniş təfəkkürlü adamdır. Etik qaydalara yüksək səviyyədə əməl edir. Lovğalanmaq, özündənrazılıq ondan çox uzaqdır.

Etiraf edək ki, gənc yaşlarından vəzifə yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur və bunu yalnız Eldar müəllimin xarakteri ilə yanaşı, həm də yüksək ailə tərbiyəsi ilə bağlamaq olar. Söz düşəndə deyir ki, atam mənə birbaşa heç nə deməyib: nəyi etmək olar, nəyi olmaz. Hələ lap gənclikdən sadəcə atamın hərəkətlərinə baxıb nəticə çıxarmışam. Doğru deyirlər ki, ən gözəl tərbiyə şəxsi nümunədir...

İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır və onun dünyagörüşü, zövqü, maraq dünyası da önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşü, zövqünün formalaşmasına ən müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədir, nə oxuyur, nələr haqqında düşünür? - bu sualların cavabı insanın xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın dünyagörüşünə təsir edən amillərdən biri də incəsənətdir, xüsusən ədəbiyyatdir. Orta və ali məktəbdə elmi-kütləvi ədəbiyyatı daha çox oxuduğunu deyən Eldar müəllim ümumən Azərbaycan, keçmiş sovet kinosu, ayrı-ayrı filmlər haqqındakı fikirləri adamı yaxşı mənada təəccübləndirir, həm də sevindirir…

Hər dəfə müxtəlif peşə sahibləri ilə söhbət edərkən ilk növbədə onların dünyagörüşü, hadisələrə münasibətləri, bədii zövqləri məimçün çox əhəmiyyət kəsb edir və nisbilik nəzəriyyəsinin banisi A.Eynşteyn deyirdi: "Dostoyevski mənə hər bir mütəfəkkirdən, hətta Qaussdan da çox şey verir”...

SSRİ dövründə Azərbaycanda əsas mıraciət forması "yoldaş” və "müəllim” idi. "Yoldaş” artıq arxaizmə çevrilməkdədir: onu ancaq yaşlı nəsil işlədir. İndi başqa müraciət formaları işlənir: cənab, bəy… "Müəllim” müraciət forması isə dəyişməz olaraq qalır. Məncə, bunun bir neçə səbəbi var. Birincisi, müəllim deyəndə yüksək savadı, zəngin mənəvi aləmi, dinləmək mədəniyyəti olan obyektiv, qərəzsiz insan nəzərdə tutulur. Elə insanlar ki, onlar həmişə bizim üçün örnək olub. İkincisi, hər kəsin heç vaxt yadından çıxmayan ilk müəllimi - ona yazmağı və oxumağı öyrədən insan olub. Sonralar bu ilk müəllimə sevimli orta və ali məktəb müəllimləri də əlavə olunur. Ancaq bu ümumi cəhətlərlə yanaşı Eldar müəllimlə bağlı bir xüsusi məqam da var: onun müəllimlərə, ziyalılara böyük rəgbəti var...

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin olsa da, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, ölkədə böyük bir məktəb yaratmış təcrübəli rektor və Millət Vəkili kimi əsl Vətən daşı sayılan Eldar Allahyar oğlu Quliyevdir.

...Bu gün nəinki rəhbəri oldugu coxminlık kollektivdə, bütün ölkədə belə onu hamı tanıyır. Bəli, hər kəs onu tanıyır, sevir və dəyərləndirir. Onu sevənlər və ona rəğbət bəsləyənlər uzun illərdir ki, bu insanı peşəkar, təcrübəli rektor, millət vəkili kimi məşğul olduğu sahələrdə, həm də ictimai prosesdə aparıcıl şəxslərdən biri kimi qiymətləndirir. Onun həyat yoluna diqqət yetirəndə sadədən aliyə doğru pillə-pillə, tədricən, haysız-küysüz yüksəldiyini, ucaldığını görürsən. O, bu ucalmağa, yüksəlməyə yorulmaq bilmədən çalışması, zəhməti, yuxusuz gecələri hesabına nail olmuşdur.

... Eldar müəllim gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insanlardandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolda dözümlük və səbr göstərmək Eldar müəllimin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusilə vurğulamaq istəyirik: O, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

...Mübaliğəsiz demək olar ki, Eldar müəllim fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Lap cavanlıqdan bu günə kimi yalnız bir yolla addımlayır – bu yol ulu öndər Heydər Əliyev, İlham Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Bəli, Eldar müəllim sıradan bir şəxs deyil, millətimizin yetişdirdiyi barmaqla sayılacaq ziyalılardandır. O, bütün ömrünü gənclərin təhsili işinə sərf edib. Onun qəlbi var. Çünki hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında verə biləcəyi imtahanı düşünən adamdır, yoxsa bəziləri kimi dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır.

Bəli, Eldar müəllim ölkə ictimaiyyət tərəfindən kifayət qədər sevilir, hörmətlə qəbul edilir. Çünki o bu mərtəbəyə təsadüfi yüksəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın, ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

...Bu gun yaşğadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistəmimizi az qala iflic vəziyyətinə salıb. Bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, bələləri alqışa layiqdirlər.Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.

Bəli, bu həyat cırağana insanın həmişə ehtiyacı olub. Ən əski əyyamlarda da, orta əsrlərdə də, yüz il qabaq da, elə indi də. Çıraq ona görə gərəkdir ki, qaranlığı nurlandırsın, yol göstərsin, aydınlığı artırsın. Lakin qədim yunan filosofu Diogenin gündüzün günorta çağı əlində çıraq Afinanın küçələrini dolaşması və “Niyə belə edirsən? Bu işıqlıqda o çırağa nə ehtiyac?” soruşulanda “Adam axtarıram!” cavabını verməsi əhvalatı da məşhurdur.

Varlığında və hər əməlində işıq gəzdirən adam.

Nə qədər yaxşı insan olduğunu görməkçün əlavə çırağa, işığa ehtiyac qalmayan adam.

Özü də bir işıq, çıraq olan adam!

Mən Azərbaycan Kooperasiya Universitetinin rektoru iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar Allahyar oğlu Quliyev haqqında belə eşitdim, belə gördüm, belə tanıdım.

P.S

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli professor, millət vəkili Eldar Quliyevin əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Bu şəxs haqqında belə bir ictimai fikirin formalaşmasına baxmayaraq, bəzən bəzi media qurumlarında, sosial şəbəkələrdə əsası olmayan, heç bir məntiqə və fakta əsaslanmayan sərsəm açıqlamalar dərc olunur. Sözsüz ki, bu cür əhəmiyyətsiz açıqlamaların dərcində hansısa maraqlı qüvvələr müəyyən rol oynayırlar. Məsələnin düşündürücü tərəfi odur ki, millət vəkili Eldar Quliyevin haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanlarının əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Yalnız “ağalarından” almış olduqları sifarişləri yerinə yetirməklə, bir növ işlərini bitmiş hesab edirlər. Belə bir addımların atılması onu sübut edir ki, qeyd olunan “məqalələri”, statusları trajlayan KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa peşəkarlıq qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlar atardılar.


Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Dövlət Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor, İkinci, Üçünçü, Dördüncü və Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, hazırda Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavin Eldar Quliyev barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə, status müəlliflərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalıi - agsaqqal olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, millət vəkili Eldar Quliyev ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

BİA.AZ
скачать dle 12.1