Bia.Az

"BÜTÜN MƏSƏLƏLƏRƏ BAXDIQ, RAZILAŞDIQ...." - Şarl Mişel 4 saatlıq görüşün nəticələrini açıqladı + FOTOLAR/VİDEO(Yenilənib)

Siyasət
 1-09-2022, 01:22     319

"Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirib.

"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", - o qeyd edib.

Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.

Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.

"Biz nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik", - o deyib.

Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".

Qeyd edilib ki, noyabrın sonunadək bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə olunub.

***
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

"Report" bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdədir.

Bu barədə AZƏRTAC xəbər verir.

Məlumata görə, dövlətimizin başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü başlayıb.






скачать dle 12.1