Bia.Az

Elşən Əlisoy: "Əsl faciəmiz bundadır ki, biz hələ də elə bilirik ki, müstəqilik"

Siyasət
 31-08-2022, 18:08     322

Qorbaçov öldü. Qanlı 20 yanvar məhz onun cinayətidir. Aydındır, bildik! Yaxşı, axı Qorbaçova məktub yazaraq rus ordusunu Bakıya qan tökməyə çağıran Artur Rasizadə 20 yanvar şəhidlərinin qanı bahasına qazandığımız müstəqil Azərbaycanın baş naziri olub!  Əgər biz müstəqil olmuşduqsa, rus ordusunu Bakıya qan tökməyə çağıran biri müstəqil Azərbaycanın baş naziri necə ola bilərdi?
 Faciə 20 yanvarda olmayıb, 20 yanvar qəhrəmanlıq tariximizdir. Əsl faciə odur ki, rus ordusunu Azərbaycana çağıranlar hələ də bu ölkənin başındadırlar. Faciə odur ki, Azərbaycanın istiqlalının əlehinə səs verənlər bu gün "millət vəkili" adını daşıyır, istiqlal Bəyannaməsində imzası olanlar isə  təqib olunur.  

Əsl faciə odur ki, çoxumuz hələ də Əliheydər Qarayevlərin hakimiyyətində orda-burda "5-ci kalon" axtarışındayıq. Faciə odur ki, qanlı rus ordusunun bütün dünyada cinayətlərini görə-görə, bu  qanlı ordunun Azərbaycana gətirilməsini cəmiyyət anlaya bilmədi. Əsl faciəmiz bundadır ki, biz hələ də elə bilirik ki, müstəqilik.

Paralel.azскачать dle 12.1