Bia.Az

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

İdman
 26-04-2024, 00:39     465

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

Musavat.com Azərbaycan Boks Federasiyasının mətbuat xudmətinə istinadən xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Görüşdə rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.скачать dle 12.1