Bia.Az

Xankəndidə separatçılarla ruslar toqquşdu: Lentsov qəzəbləndi

Siyasət
 9-05-2023, 13:39     244

Rusiya sülhməramlı kontingentinin rəhbərliyi separatçı rejimin bəzi “vəzifəlilərinin” iştirakı ilə Qarabağda anti-Rusiya əhvali-ruhiyyəsinin formalaşdırılmasına görə qəzəblənib.

Yenipress.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Xüsusilə “dövlət naziri” Qurgen Nersisyanın Aleksandr Lentsovun Bakıda Azərbaycan tərəfi ilə razılıq əldə etmədiyinə dair “bəyanatı” ruslarda təəccüb yaratdığı vurğulanıb:

“Mənbələrimiz deyir ki, separatçı rejimdəki bəzi dairələr də Nersisyanın niyə tələsik bazar günü açıqlama verməsindən təəccübləniblər. Onlar hesab edirlər ki, qondarma rejimin “rəhbərliyini” Nikol Paşinyan idarə edir və o, Rusiyanın Qarabağdakı rolunun sıfır olduğunu göstərməyə çalışır”.


“Hraparak” həmçinin yazıb ki, Lentsov Bakıdan qayıtdıqdan sonra separatçılara Azərbaycan paytaxtına səfərinə böyük ümid bağlamamaları gərəkdiyini deyib.скачать dle 12.1