Bia.Az

“Şeytan yuvası” yeni təxribat hazırlığında - başlarını itiriblər...

Siyasət
 9-05-2023, 13:24     260

Xankəndi separatçıları quyruğu tələyə düşən siçan kimi çabalayır, az qalır şamanlara da üz tutsunlar; “Rusiyanın növbəti oyunudur” - hərbi ekspert

Laçının girişində nəzarət-yoxlama postu qurulandan sonra Xankəndidəki separatçılar quyruğu tələyə düşən siçan kimi çabalamağa başlayıblar. Qısa müddətdə az qala şamanlardan başqa hamıya, bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar.
Üstəgəl, Azərbaycan əleyhinə imza toplamaqla məşğuldurlar. Guya Bakı hansısa beynəlxalq normanı, qanunu tapdalayıb, “yazıq hayları yenə "genosid" etmək istəyir. “Yeni Müsvat” bildirir ki, bu mövzuda “Joxovurd” erməni nəşri məqalə yazıb. Xəbər yayıb ki, bir-iki günə “Şeytan yuvası”nda növbəti “möhtəşəm etiraz mitinqi” olacaq və artıq hazırlıqlar başlayıb. İddialara görə, “əzabkeş xalq”ın Qarabağdakı qırıntıları yığışıb yenə ağlaşma quracaq, “timsah göz yaşları” tökəcək, Azərbaycanı cümlə cinayətlərdə, o sırada “etnik təmizləmə”lərdə və “soyqırımlarında”, “blokada”da ittiham edəcəklər. Eyni zamanda Rusiya əleyhinə şüarlar səsləndirəcəklər.
Bu xüsusda qəzet yazır ki, haylar 10 noyabr (2020) üçtərəfli bəyannamənin yerinə yetirilməsini tələb edəcəklər. Əlbəttə ki, sənədin özlərinə sərfəli olan bəndlərinin icrasından söhbət gedir. Hələ də yerinə yetirilməyən 4 və 9-cu bəndlər - qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması və Zəngəzur dəhlizi məsələsi isə nə onları, nə də “sülhməramlıları” maraqlandırır. Yəqin ki, mitinq məsələsində ən çox canfəşanlıq edən hələ də Qarabağda sülənən “Kreml tulası”, oliqarx-dələduz Ruben Vardanyandır.  Bəs görəsən, o və başının dəstəsi Ermənistandan Xankəndinə Laçın postundan keçməklə erməni daşıya biləcəklərmi? Ümumiyyətlə, separatçıların bu kimi təxribatları nə vəd edir, ön tədbirlərimiz nə olmalı?
Tanınmış hərbi ekspert adını dəyişdi: Ruslan - Alp Arslan oldu!
Alparslan İmamqulu
Hərbi analitik Alparslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, Xankəndidə mitinq hazırlığı Rusiyanın növbəti oyunudur. Hərbi ekspert hesab edir ki, separatçılar Rusiyadan idarə olunurlar: “Moskvanın maraqlarının nədən ibarət olduğuna baxmaq lazımdır. Kreml üçün əsas məsələ odur ki, 2025-ci il yaxınlaşır və onlar bölgədə mövcudluqlarını davam etdirə bilmək üçün müxtəlif ssenarilər, təxribat qruplarının əli ilə oyunlar təşkil etməyə başlayacaqlar. Azərbaycan olaraq qarşdurmalara getməməliyik. Bunun qarşısını almaq üçün ”yumşaq güc" vasitələrindən istifadə etməliyik". Onun fikrincə, paralel olaraq hüquq-mühafizə orqanları öz işlərini görəcəklər: “Yəni separatçıların müəyyən edilməsi, aradan götürülməsi, təxribatçı qrupların zərərsizləşdirilməsi əməliyyat planlarına daxil ola bilər. Biz faktiki olaraq sərhəd-buraxılış məntəqəsini qurmuşuq, gömrük xidməti də yaradılıb, davamı gömrük prosedur qaydalarının tətbiqi olmalıdır. Sevindirici haldır ki, müasir texnoloji vasitələr gətirilib, həmin skanerlərlə yükləri açıb baxmadan hansı maddənin olub-olmadığı müəyyən edilir. Bu da Rusiyanı və təxribatçı qüvvələri narahat edir. Eləcə də Xankəndinə gedən yolların nəzarət altına düşməsi onların xoşuna gəlmir”.
Hərbi ekspertin sözlərinə görə, Qarabağdakı separatçı birləşmələrin geniş mənada hansısa bir nəticəyə malik olması mümkün deyil: “Çünki silah və texnika parkı, hərbi imkanları Azərbaycan Ordusundan üstün mövqe nümayiş etdirməyə imkan vermir". Hərbi ekspert əlavə edib ki, ermənilərin sərhəd-buraxılış məntəqəsi qurulana qədər silahlanıb: "Bu da kifayət edir ki, onlar müxtəlif bazalarda təxribat həyata keçirsinlər. Əgər silahlanma varsa, o silahdan istifadə qaydaları öyrənilirsə, təbii ki, gözləntilər var. Hesab edirəm ki, Qarabağda ermənilər yenə təxribatlar törədə bilərlər. Bu da onların müxtəlif xarici qüvvələrə bağlı olmasından irəli gəlir. Yəni onlar  Azərbaycana qarşı hansı təzyiq vasitəsi kimi rol ala bilərlər. Amma bu təxribatlar Azərbaycan Ordusuna qarşı genişmiqyaslı hərbi əməliyyatlar formasında reallaşa bilməz. Bunun qarşısı isə mütləq alınacaq. Bu təxribatlar Azərbaycanın daha effektiv şəkildə antiterror əməliyyatları keçirməsinə zəmin yaradacaq".
Qeyd edək ki, İrəvanda iki qadın Qarabağdakı erməni separatçıların “bayraq” adına olan əski parçasını cırıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, şəhərin Sayat Nova küçəsində yerləşən reklam lövhələrinin birinin üzərində olan, 44 günlük savaşı əks etdirən böyük bannerdə separatçıların əski parçasının əks olunduğu hissəni cırıb, yerə atıblar. Onlar Ermənistanın bütün problemlərinin bu əski parçasından qaynaqlandığını, onlara görə erməni gənclərin öldüyünü nümayiş etdiriblər. Qarabağdakı separatçıların “dövlət naziri” Qurqen Nersisyan yeni bəyanatla çıxış edib.
Qarabağdakı ermənilərə ünvanlanan müraciətdə deyilir ki, “sülhməramlıların” yeni başçısı A.Lentsovun Bakı səfəri uğursuzluğa düçar olub: “Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Lentsovun Bakıda keçirdiyi müzakirələr nəticə verməyib... Müzakirələr nəticəsində dəyişikliklərə və 9 noyabr 2020-ci üçtərəfli bəyanatının şərtlərinin bərpasına nail olunmayıb”. Nersisyan bununla demək istəyib ki, A.Lentsovun Azərbaycan tərəfini nəzarət-buraxılış məntəqəsi ilə bağlı hər hansı dəyişikliyə, yaxud güzəştə razı salmaq cəhdi uğursuz olub. Bu, o deməkdir ki, rus general-leytenant separatçılara bununla bağlı hansısa vəd verib. Bu, həm də o deməkdir ki, separatçı rejimin qalıqları belə məsələlərin hansısa rus generalı səviyyəsində həllinə inanacaq və Azərbaycanın nəyinsə, kiminsə qarşısında geri addım atacağına ümid edəcək qədər axmaq və kütbeyindirlər. Ya da özlərini axmaq yerinə qoyaraq, bölgədəki erməni əhalisini aldatmaqla məşğuldurlar...скачать dle 12.1