Bia.Az

İranda etiraz aksiyası davam edir-Ədliyyə idarəsinin binası yandırılıb

Dünya
 23-01-2023, 14:01     182

İranın Bəndər-Abbas, Ərdəbil, Firuzabad, Qum, Sulduz, Tehran  şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xəbər verir ki, etirazlar zamanı “Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!", İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!", "Diktatora ölüm!", "Edamçı Respublika sisteminə ölüm!" kimi şüalar səsləndirilib. 

Tehran əyaləti:
Səttarxan bölgəsində etirazçılar Xameneyiyə qarşı şüar səsləndiriblər: "Müsəlmanların rəhbəridir, Rusiya ilə Çinin nökəridir!";
İordaniya meydanında etirazçılar piyada keçidində anti-hökumət şüar yazılmış poster asıblar: "Saçlarını küləyə ver ki, onu bada verməyəsən!";
Tehranpars qəsəbəsində əhali öz evlərinin pəncərəsindən anti-hökumət şüarları səsləndirib: "İllər boyu cinayət, ölüm ola bu dini rəhbərə!", "Diktatora ölüm!", "Edamçı Respublika sisteminə ölüm!";
Qızıl Hisar və Kərəcin mərkəzi zindanında edam cəzasına məhkum olunanların ailələri və yaxınları Məhkəmə Hakimiyyəti binasının önündə etiraz aksiyası keçiriblər. Onlar əllərində "Edam etməyin!" yazılı plakatlar tutaraq və etiraz şüarları səsləndirərək, yaxınlarının edam hökmünün ləğv edilməsini tələb ediblər.
Qərbi Azərbaycan əyaləti:
Sulduz (Nəqədə) bölgəsində hökumət zabitinin evini Molotov kokteyli ilə yandırıblar.
 
Ərdəbil əyaləti:
Ərdəbil əyalətində etirazçılar Ədliyyə İdarəsinin binasını yandırıblar.
Gülüstan əyaləti:
Türkmənlərin kompakt yaşadığı Qorqan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən öldürülən gənc həkim Aida Rüstəminin 40 mərasiminə təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib.
Fars əyaləti:
Firuzabad şəhərində cümə imamının ofisi etirazçılar tərəfindən yandırılıb.
Hürmüzqan əyaləti:
Bəndər-Abbas şəhərində etirazçılar "Diktatora ölüm!" şüarı səsləndirib.
Qum əyaləti:
Qum şəhərində etirazçı gənclər “Əl-Zəhra” dini mərkəzinin “Bəsic” bazasını yandırıblar.

***
İranın bir qrup sənət adamı həbs olunan tələbə və sənətçiləri dəstəkləyən bəyanat yayıb. Bəyanatda həbsə atılan sənətçilərin "dərhal və qeyd-şərtsiz" azadlığa buraxılması və ölüm hökmü də daxil olmaqla ədalətsiz məhkəmə hökmlərin ləğvi tələb edilib.

***

Ramyan şəhərindəki etirazlar zamanı öldürülən polis zabiti Əli Səravaninin ölümündə təqsirli bilinən gənc edama məhkum edilib. Onun cəzası Qonbəd-Kavus cinayət məhkəməsində çıxarılıb və iş apellyasiya şikayəti üçün Ali Məhkəməyə göndərilib.скачать dle 12.1