Bia.Az

"Baha qiymətə toya gedən müğənnilərin sayı da o qədər çox deyil"

Şou
 19-03-2024, 01:16     374

“Borcumdur qəşəng geyinim. Sənət adamı məsuliyyət hiss etməlidir. Heç bir göz-nəzərdən də qorxmuram".

Dia-az.info xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "Ay Zaur" proqramında deyib.

Müğənni sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib:

"Sənətlə dolanırıq. 1 ay orucluq, 2 ay Məhərrəmlik, mayda toy olmur. İyul və fevralda da toy olmur. Toyla dolananlardan danışıram. Toya gedəndə çay da içə bilmirik. Biz də mədəniyyət sahəsində xidmət edən fəhləyik. Fəhlə özü şərəfdir.

Təki hamı öz qolunun gücünə çörək qazansın, narkotik alveri etməsin. Toyda biz yeyə bilmirik. Toyu idarə etmək çətindir. Deyir, 200 manatlıq çay içir. Mən 200 manatlıq kostyum geyinə bilmirəm. Paket çayı alıb içirik".

Cavanşir Məmmədovun sözlərinə həmkarı Əli Mirəliyevdən cavab gəlib. O, “Cebhe.info”-ya açıqlamasında bildirib ki, həmkarının söylədiyi fikirlər doğrudur:

“Bəzi varlı müğənnilər, sənət adamları var deyə düşünürlər ki, müğənnilər varlıdırlar. Lakin belə deyil. Məhərrəmlikdə, orucluqluqda sənət adamlarının vəziyyəti çox çətin olur. Baha qiymətə toya gedən müğənnilərin sayı da o qədər çox deyil.

Həm də burada söhbət tək müğənnilərdən getmir. Eyni zamanda, ansanbıllardakı musiqiçilərdən gedir. Onlar çox pul almırlar”.

Əli Mirəliyev vurğulayıb ki, müğənnilərin çoxu Ramazan və Məhərrəmlikdə borc içində yaşayır:

“Müğənnilərin çoxu müqəddəs aylarda çox çətinliklə, borc içində yaşayaraq gün keçirirlər. Mənim özüm Ramazan bayramında və Məhərrəmlikdə anamın yanına gedirəm. Anam mənə deyir ki, pulum yoxdur, niyə gəlmisən? Deyirəm ki, ay ana, baş çəkməyə gəlmişəm, heç nə lazım deyil. Yəni müqəddəs aylarda bizim halımız çox çətindir”.

O qeyd edib ki, müğənnilərin toy şənliklərindən savayı heç bir gəliri yoxdur:

“Müğənnilərə, sənət adamlarına heç bir ödəniş və kömək edilmir. Biz xalqın hesabına yaşayırıq. Fəhlə bilir ki, ayın sonunda maaş alacaq, amma biz maaş almırıq”.
скачать dle 12.1