Bia.Az

"Şagirdlərin taleyi Elm və Təhsil Nazirliyi üçün maraqlı deyil" - İTTİHAM

Sosial
 11-10-2022, 12:45     271

"Biabırçılıqdır. 10 oktyabrdır, hələ də orta məktəb şagirdləri dərslikləri əldə etməyib. Bu bir yana qalsın, hələ yüzlərlə məktəbdə ixtisas müəllimi yoxdur”.

BİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, şagirdlərin taleyi Elm və Təhsil Nazirliyi üçün maraqlı deyil:

"Soruşmaq istəyirəm, bir aya yaxındır tədris ili başlayıb, bu bir ayda o dərsləri kim deyib? Şagirdlərin taleyi bu qurum üçün maraqlı deyil. Şagirdlərin kitabı yox, müəllimi yox, bəs nazirliyi niyə var? Təsəvvür edin, hələ müəllim gəlməli, onunla müqavilə imzalanmalıdır və s”.

Kamran Əsədov təhsil sisteminin qeyri-ciddi vəziyyətdə olduğunu vurğulayıb:
Ətraflı

"Elə bir səriştəsiz vəziyyətdir ki, insan üzünü bu tərəfə çevirmək istəmir”.

Elm və Təhsil Nazirliyi yeni dərs ilində şagirdlərin orta ümumtəhsil məktəblərində dərs vəsaitləri ilə təmin olunmaması ilə bağlı problemə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında orta məktəblərdə bəzi siniflərə dərs vəsaitlərinin verilmədiyini təsdiqləyib:
"Vll-X siniflərdə yeni çap olunan dərsliklərdə müəyyən ləngimələr var. Bu ayın sonuna kimi problem həllini tapacaq. Şagirdlərə əvvəlki illərdə çap olunan dərsliklər paylanılıb. Yeni dərsliklər də yaxın günlərdə məktəblərə paylanılacaq”.
скачать dle 12.1