Bia.Az

Liderlər Qarabağda – Xankəndidə hansı ölkə prezidentləri var?

Gündəm
 Bu gün, 00:27     50

Xəbər verdiyimiz kimi, sabah Azərbaycanın Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə ev sahibliyi edəcək. Yüksək səviyyəli tədbirdə təşkilata üzv ölkələrin prezidentləri, baş nazirləri və digər rəsmi nümayəndə heyətləri iştirak edəcəklər.

Globalinfo.az xəbər verir ki, hazırda Özbəkistan Prezidenti Şavkat MirziyoyevQırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar artıq Azərbaycana gəlib və onlar bu gün Ağdamda Zəfər şousunu izləyiblər.
IMG 20250703 WA0156 
Bundan başqa Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov da ölkəmizdə səfərdədir.

Həmçinin oxuyun:

Bakıya “hücum” cəhdi: iki dünya lideri Azərbaycana gəlir – Detallar

Həmçinin Pakistanın Baş naziri Şahbaz Şərif və Əfqanıstanın xarici işlər nazirinin müavini Mohammad Naim Vardak da artıq Qarabağdadır.
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir də artıq Azərbaycandadır.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Tacikistan Prezidenti İmaməli Rəhman Xankəndiyə sabah gələcək.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın da Zirvə görüşündə iştirakı gözlənilir. Qazaxıstanın isə Baş naziri Oljas Bektenov Azərbaycana gələcək.

Tahir Turan
Globalinfo.azскачать dle 12.1