Rusiya Hərbi Dəniz Qüvvələri komandanının müavini və Nəriman Şıxəliyev öldürüldü

Rusiya Hərbi Dəniz Qüvvələri baş komandanının müavini, qvardiya general-mayoru Mixail Qudkov Kursk yaxınlığındakı döyüşlərdə həlak olub.
Teleqraf xəbər verir ki, bunu Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako bildirib.
O deyib ki, M.Qudkovla birlikdə döyüş yoldaşı, zabit Nəriman Şıxəliyev də ölüb.
“Komandirlə yanaşı, onun sadiq döyüş yoldaşı və ortaq dostumuz Nəriman Şıxəliyev də həlak olub”, - qubernator söyləyib.
Rusiya Müdafiə Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.
Hadisənin Ukrayna Hərbi Hava Qüvvələrinin Kursk vilayətinə hücumu zamanı baş verdiyi bildirilir.