Ermənistan parlamenti Rusiyanın etiraz etdiyi qanunu qəbul etdi

Ermənistan parlamenti növbədənkənar sessiyada müzakirəyə çıxarılan layihələri qəbul edib.
Teleqraf xəbər verir ki, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” Şirkətinin milliləşdirilməsini nəzərdə tutan qanun layihəsi də ikinci oxunuşda və tam tərkibdə qəbul olunub.
65 deputat layihənin lehinə, 27 deputat əleyhinə səs verib.
Xatırladaq ki, sözügedən qanun layihəsi Ermənistanın parlamentinin iyulun 2-də keçirilən sessiyasında birinci oxunuşda da qəbul edilmişdi.
Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl “Ermənistan Elektrik Şəbəkələri”nin milliləşdiriləcəyini açıqlamışdı.
Ermənistanın addımı Rusiya tərəfindən etirazla qarşılanıb.