Bia.Az

SOCAR-ın rəhbərləri nə qədər maaş alır?

Sosial
 18-05-2021, 09:57     666

İqtisadçı Qubad İbadoğlu Dövlət Neft Şirkətinin (SOCAR) rəhbər heyətinin maaşlarına diqqət çəkib.

SOCAR neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. Qurumun tərkibində istehsalat birlikləri, zavodlar, trestlər, hüquqi və qeyri-hüquqi şəxs statuslu təsisatlar fəaliyyət göstərir.

Dövlət Neft Şirkətinə Rövnəq Abdullayev prezidentlik edir. 2020-ci il noyabrın 5-də qurum Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. 2021-ci il yanvarın 23-də SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasına sədrlik iqtisadiyyat naziri Mikayıl Cabbarova həvalə olunub.

Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, SOCAR prezidentinin maaşı 7980 manat, şirkətin birinci vitse-prezidentinin maaşı 7897 manatdır. Vitse-prezidentlərin biri 7842 manat, ikisi 7592 manat, biri 7542 manat, ikisi 7492 manat, dördü 7342 manat, biri 7292 manat aylıq əməkhaqqı alır.

Azərbaycanda minimum maaş 250 manatdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, ilin əvvəlinə median əməkhaqqı məbləği (əhalinin ilk yarısı ilə ikinci yarısını birləşdirən məbləğ) 343 manat olub.

Dövlət Statistika Komitəsi 2021-ci il martın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 692,3 manat göstərib.
Dövlət Neft Şirkətinin mərkəzi ofisi Bakı şəhərində yerləşir. 2016-cı ildə istifadəyə verilən bina 40 mərtəbədən ibarətdir.скачать dle 12.1