Bia.Az

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib - Günün statistikası

Sosial
 23-11-2020, 17:25     404

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2 187 yeni yoluxma faktı qeydə alınıb,634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 95 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstələrin sayı 29 646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 784, ötən müddət ərzində isə ümumilikdə 1 617 239 test aparılıb.скачать dle 12.1