Bia.Az

Azərbaycanda “Mersedes” və BMV qadağan edilə bilər? – “Onlar zərər görəcək…”

Sosial
 30-01-2024, 01:16     181

Son vaxtlar Fransa və ABŞ-la yanaşı, Almaniyanın da anti-Azərbaycan mövqeyinin şahidi oluruq. Bu kimi yanaşmaların qarşısının alınması istiqamətində müxtəlif adekvat cavabların verilməsi təklif edilir.

Milli Məclisin deputatı Tahir Rzayev Almaniyadan Azərbaycana maşın idxalının dayandırılması, xüsusilə “Mercedes”, BMW markalı avtomobillərin satışının qadağan edilməsi ilə bağlı müzakirələrə qoşulub.


Tahir Rzayev

Bu barədə Globalinfo.az-a danışan deputat Tahir Rzayev qeyd edib ki, anti-Azərbaycan mövqeyi sərgiləyən hər bir ölkənin, siyasətçinin cavabı verilməlidir:

“Fransa və Almaniyanın son illərdə apardığı anti-Azərbaycan siyasəti bu gün düşmənçilik səviyyəsinə çatıb. Bu ölkələrin təkidi və tapşırığı ilə AŞPA-da Azərbaycanın səsinə məhdudiyyətlər qoyulub. Bu, dövlətimizə qarşı çirkin təbliğatdır. Azərbaycanın imicini zədələməyə hesablanıb. Əlimizdə olan təsir vasitələrindən istifadə etməliyik. Təsir vasitələri də iqtisadi, mədəni əlaqələrdir. Ölkəyə alman markalı avtomobillər daxil olur. Buna total qadağanın tətbiqinə razı deyiləm. Lakin müəyyən mənada məhdudiyyətlər qoyulmalıdır. Alternativ yollar varsa, onlar da nəzərdən keçirilməlidir”.

Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov isə vurğulayıb ki, Qərbin Azərbaycana qarşı apardığı kampaniya dövrü xarakter daşıyır:

“Fevralın 8-dən sonra təzyiqlərin azaldığını görəcəyik. Azərbaycanın Avropa İttifaqının məhsullarını boykot etməsi ilə bağlı qərar verməsi siyasi və psixoloji məqamlarla bağlı müsbət olsa da, iqtisadi cəhətdən sərfəli olmaz. Hazırda Azərbaycana təzyiq edən ölkələrlə iqtisadi münasibətlərə baxdıqda həmin dövlətlərin rəsmi Bakıda tutduğu xüsusi çəki Azərbaycanın həmin ölkələrin ticarət dövriyyəsində tutduğu çəkidən çoxdur. Bu baxımdan Azərbaycan üçün ticari münasibətlərə hər hansı stopların qoyulması doğru addım deyil. “Mersedes” yaxud da digər markalı avtomobillərin satışının dayandırılması ilə bağlı kütləvi qərarların verilməsi düzgün deyil. Bunun başqa fəsadları ola bilər”.

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli hesab edir ki, “Mersedes”in satılmaması real təklifdir:

“Satan daha çox ziyana düşəcək, nəinki alan. Həmin markalı avtomobillərin əvəzinə Çin, Yaponiya və Koreyanın ucuz, keyfiyyətli maşınlarına tələbat artacaq”.скачать dle 12.1