Bia.Az

ABŞ tələb etdi: “Ermənistana köçən azərbaycanlıları onlar qoruyacaq”

Siyasət
 21-07-2024, 15:07     588

Ermənistanın “Ayakve” təşəbbüs qrupunun üzvü Armen Manvelyan Vaşinqtonun Azərbaycan üçün “ağrılı güzəşt” dedikdə sülh müqaviləsinin imzalanmasını nəzərdə tutuduğunu bildirib. Onun sözlərinə görə, ABŞ bunun qarşılığında İrəvandan Bakının bütün tələblərini yerinə yetirməsini istəyir.
A.Manvelyan Vaşinqtonun Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışını da dəstəklədiyini iddia edib. Məlumata görə, Vaşinqtonun tələbinə əsasən, İrəvan azərbaycanlıların qayıdış haqlarını təmin etməli və onların başqa bir ölkənin ordusu tərəfindən qorunmasına şərait yaratmalıdır.
Ümumiyyətlə, geri dönəcək şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün üçüncü ölkənin ordusunun Ermənistanda mövcudluğu deyərkən nə nəzərdə tutulur? Rəsmi Bakı buna razı olacaqmı?
Globalinfo.az -a danışan siyasi şərhçi Asif Nərimanlı ABŞ-ın sülh sazişi üzrə təşəbbüsü ələ almaq istədiyini bildirib:
“Bu mənada iyulun 15-də Metyu Millerin verdiyi açıqlama diqqət çəkir. O əlavə edir ki, sülh razılaşmasında hər iki tərəfdən mürəkkəb seçimlər və çətin kompromislər tələb olunacaq.
Ümumiyyətlə, Qərb masasında “Qarabağ erməniləri”nin geri qayıtması məsələsi gündəmdən düşmür. Bunun praktiki mümkünlüyü uzaq perspektivdə belə görünmür. Digər tərəfdən, Bakı ermənilərin Azərbaycan vətəndaşlığı altında yaşamasının əleyhinə deyil. Buna qarşı Qərbi Azərbaycana qayıdış məsələsini irəli sürür. Ermənilərin qayıdışı mövzusu masada daha çox İrəvanın əlini gücləndirmək məqsədi ilə Bakıya siyasi təzyiq xarakteri daşıyır, lakin effektsiz gedişdir”.

Asif Nərimanlı
A.Nərimanlının sözlərinə görə, Bakıdan “çətin kompromis” adı ilə nə isə istəmək doğru deyil:
“Ümumiyyətlə, tələblərin heç biri icra olunmayacaq. Mövcud vəziyyətdə Azərbaycana hansısa məsələdə güzəştə getməsi üçün diktə etmək də mümkün deyil. “Çətin kompromislər” daha çox Ermənistan üçün keçərli görünür. Məsələn, İrəvan kommunikasiyanın açılması, Naxçıvana maneəsiz keçidin verilməsi, Konstitusiya və digər hüquqi-aktlarda Azərbaycana qarşı iddiaların aradan qaldırılması və s. kimi tələbləri yerinə yetirməlidir.
ABŞ Avrasiyadakı gələcək planları üçün Azərbaycanın mövqeyini nəzərə almalıdır. Lakin tərəflərin Vaşinqton masasında sülh sazişinə dair konkret nəticələr əldə edəcəyi, ümumiyyətlə, ABŞ-ın mövcud administrasiyasının buna nail olacağı ehtimalı az görünür”.скачать dle 12.1