Bia.Az

Yeni gərginlik başlayır – Hədəfdə Azərbaycan da var

Siyasət
 10-04-2024, 12:46     244

Aprelin 5-də Brüsseldə keçirilən görüş Ermənistan cəmiyyətində məyusluq yaradıb. Xüsusilə ABŞ və Aİ tərəfindən Ermənistana edilən maliyyə yardımının gözlənilən səviyyədə olmaması bu məyusluğu daha da artırıb. Brüssel görüşünün təsirləri nə qədər davam edəcək? Bu görüş geopolitik anlamda nələrə səbəb olacaq? Bu, Ermənistanın timsalında Qərbin regiona girişi üçün bir mərhələ rolu oynadı?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Asif Nərimanlı deyib ki, Brüssel görüşündə Avropa İttifaqının 270 milyon avro, ABŞ-ın isə 65 milyon dollar ayırması böyük gözləntilər fonunda müəyyən suallar yaratdı:

“Az maliyyə yardımı ayrılacaqdısa, nə üçün belə görüş təşkil edildi? Bu səviyyədə görüşdə bağlı qapılar arxasında fərqli məsələlərin müzakirə edildiyi istisna deyil. Ehtimal ki, Qərbin Ermənistandan müəyyən istəkləri var. Məsələn, Rusiyaya qarşı konkret addımların atılması kimi. Əslində Qərbdə də Paşinyana etibar yoxdur. Nə qədər antirusiya siyasəti yürütsə də iqtisadi baxımdan rəsmi Moskvadan asılılıq Paşinyanın əl-qolunu bağlayır”.
Politoloqun sözlərinə görə, İrəvanda hələ də Rusiyanın təsir rıçarqları qalır:
“Bu da Nikol Paşinyanın antirusiya fəaliyyətini tam aparmasına mane olur. Ermənistanın konkret addımlar atması fonunda ona maliyyə yardımını artıra bilərlər.
Brüssel görüşündə Rusiya və Qərbin qarşıdurmasından bəhs edilir. Bu hələ başlanğıcdır. Ermənistan isə görüşün yalnız maliyyə dəstəyindən ibarət olduğunu göstərməyə çalışdı. Lakin qaldırılan məsələlər daxilində hərbi dəstəyin olması da gözləniləndir. Rəsmi İrəvanın istəyi bu yöndədir. Avropa Sülh Fondu vasitəsilə “öldürücü olmayan hərbi yardımın” verilməsinə çalışırlar”.
A.Nərimanlının fikrincə, Qərb Ermənistanın bu tələbi ilə razılaşmayacaq:
“Çünki bu yalnız Rusiyaya qarşı addım atmaq üçün deyil, Azərbaycan və region ölkələri ilə münasibətlərin gərginləşdirilməsi məqsədilə də istifadə oluna bilər.
Qərb bu məsələni gizlətməklə həm də Rusiyanın müdaxiləsinin qarşısını almaq istəyir. Paşinyan siyasətinin nəticəsinə əsasən qalib tərəfin Rusiya, yoxsa Qərb olduğu aydınlaşacaq. Ermənistan praktiki müstəvidə addım atarsa, Rusiyanın müdaxiləsi daha sərt olacaq. İlk növbədə iqtisadi müdaxilədən başlayacaqlar. Qərbin dəstəyi də gözləniləndir. Əgər İrəvan prosesi uzadar, Rusiyaya qarşı praktiki addımları təxirə salarsa, Nikol Paşinyanın devrilməsi də istisna deyil. Onu da qeyd edim ki, Rusiyadan əlavə Azərbaycan da əsas hədəfdir”скачать dle 12.1