Bia.Az

Bundan sonra artıq bizə də heç Avropa Şurası lazım deyil

Siyasət
 25-01-2024, 15:13     163

"Azərbaycanın AŞPA ilə əməkdaşlığının qeyri-müəyyən vaxta qədər dayandırılmasının əlbəttə, bir neçə səbəbi var". 

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Məlum məsələdir, AŞPA-da son baş verən hadisələr, Azərbaycana qarşı tutulan qərəzli, anti-Azərbaycan mövqeyi əlbəttə ki, bizi bu məsələdə müəyyən addımlar atmağa vadar elədi. Hesab edirəm ki, Azərbaycan dövlətinin və Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı nümayəndə heyətinin verdiyi qərar tam haqlı, doğru qərardır. Çünki artıq bu gün 23 ildir ki, biz Avropa Şurasında üzvük, orada özümüzə, dövlətimizə qarşı ikili standartların hökm sürdüyünü görürük. Xüsusilə də son üç ildə, yəni Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra bu proses Azərbaycana qarşı daha da artmışdır. Təsəvvür edin ki, Xocalı soyqırımının iştirakçılarından və qatillərindən biri olan Robert Koçaryan Ermənistan prezidenti qismində gedir Avropa Şurasında Parlament Assambleyasında çıxış edir, onu alqışlarla qarşılayırlar və ona qarşı hər hansı bir təzyiq, sanksiya və yaxud da ki, həbs qərarı çıxarılmır. Amma Azərbaycan dövlətinə qarşı guya Qarabağda ermənilərin oradan deportasiya edilməsi və s. müxtəlif adlar altında planların həyata keçirilməsi adı ilə əsassız yerə ittiham edirlər və bunu əllərində bayraq edirlər. O zaman ortaya sual çıxır: Əgər siz həqiqətən də Avropa dəyərlərindən danışırsınızsa, niyə Xocalı qatillərinin cəzalandırılması həyata keçirilmədi? Niyə siz obyektiv araşdırmırsınız ki, Azərbaycanın Qarabağ ərazisindən, hansı ki, bunun suveren ərazisidir, oradan erməniləri deportasiya edib, yoxsa ermənilər özləri köçüb gediblər və bu gün də Azərbaycan hökuməti açıq şəkildə bəyan edir ki, 1991-ci ilə qədər Xankəndidə və digər Qarabağ ərazisində doğulmuş ermənilərin orada qalıb yaşamaq hüquqları var. Buna heç bir formada müdaxilə edilmir. Belə olan halda əsassız yerə bu cür ittihamlar səsləndirmək nə adı var? O zaman ortaya sual çıxır ki, deməli sizin məqsədiniz Azərbaycana qarşı qərəz nümayiş etdirməkdir. Qərəz isə, əgər Azərbaycanın səs hüququnu, fəaliyyət hüququnu əlindən almaq istəyirsə, buyurun, biz dayandırdıq və bundan sonra artıq bizə də heç Avropa Şurası lazım deyil. Görək hələ onda münasibətlər necə olacaq. Əgər istəyirlərsə, buyursunlar, bunlar nəticədə ortaya çıxacaq. 
Hesab edirəm ki, Azərbaycan zatən Avropanın bir neçə ölkəsi ilə strateji tərəfdaşdır. Bu tərəfdaşlıq davam edir. Buna heç bir formada hansısa bir qurumun təsir edəcəyi gözlənilə bilməz. Düzdür, Fransa və Almaniya çox cəhd edir ki, bu prosesləri, yəni tərəflər arasında münasibətləri gərginləşdirsin.  Amma mən düşünürəm ki, belə hərəkətlər nəticə verməyəcək və Azərbaycan onsuz da münasibətlərini davam etdirir. Amma Azərbaycan da təbii ki, öz növbəsində Fransanın bu anti-Azərbaycan mövqeyini və Fransanın Azərbaycana etdiyi ittihamların öz tərəfindən Afrikada həyata keçirildiyini açıq şəkildə, açıq tekstlə dünyaya bildirməlidir ki, dünya görsün ki, təcavüzkar aqressor və terrorçuluq fəaliyyətilə kimlər məşğuldur, nə üçün edirlər və kim haqlı, kim haqsızdır".скачать dle 12.1