Bia.Az

Fransa daha bir total hücuma başlamaq istəyir-Aqşin Kərimov

Siyasət
 22-01-2024, 16:25     177

"Fransa hakimiyyətində kabinet dəyişikliyi ölkənin daxili-siyasi və iqtisadi çətinliklərdən çıxış yoluyla əlaqədar olsa da məsələnin xarici siyasətdəki prioritetlərlə də bağlantıları var".

Bu fikirləri siyasi şərhçi Aqşin Kərimov Olaylar.az-a olan açıqlamasında bildirib. 

Ekspert deyib ki, Fransa həmin kabinet dəyişikliyindən sonra qlobal ambisiyalarını gerçəkləşdirmək üçün müəyyən açıqlamalar verir. 

"Bu nöqtədə Cənubi Qafqaz rəsmi Parisin prioritetləri sırasında yer alır. Fransanın Cənubi Qafqazdan başlaması onun daha çox Afrika və digər regionlarda sıxışdırılması ilə əlaqəli şəkildə üzə çıxır. Fransa beynəlxalq konyunkturada və qlobal səhnədə öz strateji itkilərini konpensasiya etməkdən ötrü Cənubi Qafqazdan alternativ bir vasitə kimi istifadə edir. Bu mənada Fransanın Ermənistanı dəstəkləyəcəyi ilə bağlı bəyanatların arxasında regionda yeni bir düyün nöqtəsi yaratmaq cəhdləri dayanır",-deyə Aqşin Kərimov əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki, Fransa bu düyün nöqtəsini yaratmaqla birinci növbədə, qlobal teatrdakı rəqiblərini oyundan kənarlaşdırmaq istəyir. 
"Fransanın əsas rəqibləri Böyük Britaniya və ABŞ-dir. Hərçənd ki, hər üç dövlət NATO-nun üzvüdür. Digər tərəfdən Fransa öz maraqlarını regionun digər oyunçularının da strateji beyninə yeritmək istəyir. Məsələn, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və təmsilçilik hüququnu genişləndirməsi Fransa üçün xoş bir hal deyil. Bu mənada Fransa daha bir total hücuma başlamaq istəyir. Bu hücum hər hansı bir hərbi komponenti özündə ehtiva etməyə də bilər"-deyən ekspert proqnozlaşdırıb ki, Fransa rəqiblərinə qarşı daha çox diplomatik, siyasi və kəşfiyyat ssenariləri ilə əlaqəli şəkildə müqavimət göstərməyə çalışacaq.

BİA.az
скачать dle 12.1