Bia.Az

Siyasətçilərin sayıqlamaları bizim üçün adi hala çevrilibdir-Tural İsmayılov

Siyasət
 22-01-2024, 16:22     176

"Bizim üçün təəccüblü deyil. "

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Fransa ənənəvi olaraq ermənipərəst bir qüvvə kimi iştirak edib, daim Ermənistanı dəstəkləyib. Fransanın yeni xarici işlər naziri Stefan Sejurne də ənənəvi fransız siyasətini qəbul etdirir. Ümumiyyətlə, Fransanın içində antiazərbaycan və antitürkiyə siyasəti o qədər yüksək bir vəziyyətə çatıb ki, burdakı müxtəlif siyasi qurumların, təşkilatların, həmçinin müxtəlif siyasətçilərin sayıqlamaları bizim üçün adi hala çevrilibdir. Mənə elə gəlir ki, Fransa heç bir vaxt Ermənistanı sözün əsl mənasında düşünmür. Çünki, məntiqlə, əgər Fransa Ermənistanı düşünsə idi, əksinə onun Azərbaycanla sülh imkanlarını daha da genişləndirməyinə çalışardı. Fransa da başa düşür ki, Azərbaycanla sülh Ermənistanın təkcə siyasi yox, həm də iqtisadi baxımdan yeganə qurtuluş yollarından biridir. Amma biz görürük ki, əksinə Fransa ancaq öz maraqlarını düşünür. Onun üçün Ermənistan xalqının iqtisadi güzəranı, gələcək sosial rifahı əsla müzakirə mövzusu deyil. Bu baxımdan da mən Fransa xarici işlər naziri Stefan Sejurnenin diplomatik korpusa ünvanladığı müraciətin növbəti dəfə Fransanın Cənubi Qafqazda özünün provakator funksiyası üçün Ermənistanı qurbanlıq kimi ortaya atmaq cəhdi hesab edirəm. Faktiki olaraq hamıya bəllidir ki, bu gün Ermənistanda nə qədər Sorosçular hakimiyyətdə olsa da bu ölkə hələ də Rusiyanın forpostudur. Ermənistanda Rusiya hərbi bazası var. Ermənistanın aeroportu da daxil olmaqla bütün sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Sadəcə olaraq Fransa Azərbaycan və Türkiyənin güclənməyi faktoruna qarşı Ermənistandan həmişə silah kimi istifadə etmək istəyir".скачать dle 12.1