Bia.Az

Güclü liderlər bu mühitdə uğurun açarıdır... -Şəbnəm Həsənova

Siyasət
 13-01-2024, 11:41     185

"Müstəqilliyin bərpasından ötən iki il müxtəlif və aydın görünən bir sıra reallıqlarla yanaşı, ən əsas görünən reallıq o oldu ki, bir dövlətin idarə edilməsi, xalqın isə formalaşması heç nə ilə olmadığı qədər, məhz lider amili ilə bağlıdır".

Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:

"1993-cü ildən başlayan, bu gün də davam edən və inkişaf yolumuza işıq tutan məhz Ümummilli Lider Heydər Əliyev ideallarıdır. Azərbaycanın gələcəyi ilə bağlı konseptual yanaşma formalaşdıran və özünü tam təsdiqləyən Heydər Əliyev siyasəti bu gün də qloballaşma və informasiya inqilabının tufanına baxmayaraq cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir və 2003-cü ildən başlayaraq dövlət başçımızın gündəliyində konkret strateji məsələlər dayanır. 

Ordunun formalaşmasından bəri əməliyyatlara kəşfiyyat dəstəyi millətin müharibə və münaqişələrdə qalib gəlməsi üçün kritik olmuşdur. Heç şübhəsiz ki, Müzəffər Ali Baş Komandanımız ilk növbədə ordu mədəniyyətində dəyişiklik etdi və ordunun strateji kontekstlərində çoxtərəfli əməliyyatlara hazırlaşmaq üçün mühüm addımlar atdı. Effektiv kəşfiyyat komandiri, heyət və köməkçi kəşfiyyat bölməsi komandirləri arasında əməkdaşlıq yaradıldı. Vaxtında, müvafiq, dəqiq və proqnozlaşdırıcı, planlaşdırmanı, qərar qəbul etməyi və hədəf seçməyi asanlaşdıran sistem formalaşdırıldı. Azərbaycanın qalib Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı öz ordusuna, əsgərinə, xalqına güvənərək, açıq şəkildə eşitməyənlərə də eşitdirir ki, Fransanın sınıq-salxaq "Bastion" maşınları real təhlükə yaratmağa çalışsalar dərhal istənilən nöqtədə məhv ediləcəklər. Orudunun gücü isə müxtəlif, şirin narrativlərlə deyil, konkret icra edilən fəaliyyətlərlə müəyyənləşir. Bu baxımdan heç nə deyil, məhz "Fərrux", "Sarıbaba-Qırxqız", "Qisas" əməliyyatları öz sözünü deyir. Uğurun əsas elementi odur ki, bu əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi. 

Mövcud mühit dinamik, mürəkkəbdir, eyni zamanda o, qloballaşma, texnologiya, iqlim dəyişikliyi, dəyişən geosiyasət, münaqişələrlə idarə olunan dünya tendensiyalarının kəsişməsi ilə formalaşır. Böhran, münaqişə, silahlı toqquşma, müharibə və hətta rəqabət zamanı belə vizualizasiyasını və qərar qəbuletməni təmin etmək çox vacibdir. Bir məsələ hər şeydən önəmlidir ki, Azərbaycan bütün strateji yüksəkliklərdə vizualizasiya imkanlarını təmin etmiş tərəfdir. Odur ki, baxan tərəf biz, görünən tərəf o tərəflər və kəslərdir.

Beynəlxalq sistem konvensional beynəlxalq sistemdən tamamilə fərqləndiyi üçün xarici siyasət və milli təhlükəsizlik məsələlərinin vacibliyini dərk edə bilən 21-ci əsrin strateji liderləri zamanında qərar qəbul etməyi bacarmalıdır. Dövlətimizin başçısı bu baxımdan dünya liderləri arasında sayılıb-seçilən siyasi xadimdir.

Dövlətlər bu gün xarici mühitə qarşı xarici və milli təhlükəsizlik siyasəti aparırlar. Bu çərçivədə həm münaqişə, həm də əməkdaşlıq imkanları yaranır. Bu gün beynəlxalq sistem qlobal mühitdəki qüvvələri və tendensiyaları çərçivələşdirir, məhdud bir qəlibə salır. Odur ki, müəyyən bir vəziyyətdə hər hansı bir aktorun maraqlarını və məqsədlərini başa düşməklə, formalaşma prosesində işləyərkən, siyasət və strategiyanı hazırlayan liderlər beynəlxalq səviyyədə mövcud olan əlaqəli dövlət və qeyri-dövlət aktorlarının rolunu da dərk etməlidirlər. Milli dövlətin beynəlxalq siyasətdə dominant siyasi orqan olaraq qalmasına baxmayaraq, onun hadisələrə və insanlara təsir etmək qabiliyyəti bir sıra qeyri-dövlət aktorları, uğursuz dövlətlər və idarə olunmayan bölgələr tərəfindən sınanır. Müəyyən QHT-lər vasitəsilə gənc nəslimizə Qarabağ unutdurulmağa çalışılırdı. Cəmiyyətimizə isə ədalət məfhumu fərqli cür aşılanırdı. Biz bu tərs axını düzünə çevirməyi bacardıq. 

Həmçinin, digər milli dövlətləri və beynəlxalq və ya çoxmillətli təşkilatları dəstək üçün çağıra bilmənin kritikliyini nəzərə alaraq, strateq və ya siyasətçi hansı ittifaqların və koalisiyaların sözügedən məsələdə maraqlı, pozucu tərəflər olduğunu bilməlidir. Bu səbəbdəndir ki, dövlət başçımızın mövcud ritorikası ümumi deyil, ünvanlıdır.

Realist nöqteyi-nəzərdən beynəlxalq sistemdə mübarizə, münaqişə, rəqabət qaçılmazdır. Bəşəriyyət xeyirxah və mehriban deyil, özünü düşünən və rəqabətə davamlıdır. Beynəlxalq sistem isə anarxikdir, çünki dövlətlər üzərində onların qarşılıqlı münasibətlərini tənzimləyə bilən hakimiyyət yoxdur. Beynəlxalq hüquq isə heç işlək mexanizmə sahib deyil. Bu reallıqlar göstərir ki, dövlətlər başqa dövlətlərlə münasibətlərə hansısa yüksək qurumun diktəsinə tabe olmaqdansa, təkbaşına gəlməlidirlər. Bu baxımdan dövlət başçımız qeyd edir ki, Ermənistanla Azərbaycan məsələləri öz aralarında həll etməlidir. 

Dövlətlərin inkişaf etməsi və sağ qalması üçün onlar ən əsas milli maraqları kimi təhlükəsizliyə yönəlməlidirlər. Təhlükəsizlik olmadan başqa məqsədlərə nail olmaq mümkün deyil. Hər bir dövlət tam suverenliyə xas olan hüquqlardan istifadə, dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyinin toxunulmazlığı, hər bir dövlətin öz beynəlxalq öhdəliklərini tam və vicdanla yerinə yetirməyə və digər dövlətlərlə sülh şəraitində yaşamağa borclu olması kimi suveren bərabərlik elementlərinə malikdir. Azərbaycan da məhz bu amillərdən yola çıxaraq hərəkət edir.

Hər bir dövlət həmişə öz şəxsi mənafeyinə uyğun hərəkət edən rasional aktordur. Əsas məqsəd həmişə öz təhlükəsizliyini təmin etməkdir. Güclü liderlər bu mühitdə uğurun açarıdır və realist əxlaqi idealist mövqe nümayiş etdirməlidirlər. Bu xüsusiyyətlərin hər biri cənab Prezident İlham Əliyevin siyasi portretinin və şəxs keyfiyyətlərinin mərkəzində dayanır".скачать dle 12.1