Bia.Az

8 kəndlə bağlı müzakirələr aparılır - Nazir

Siyasət
 28-12-2023, 16:03     267

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşlərdə Ermənistanın işğalı altındakı 8 kəndlə bağlı müzakirələr aparıldığını bildirib.

Axar.az xəbər verir ki, o, dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib ki, bu məsələ ilə bağlı rəsmi İrəvanın da müəyyən iddiaları var:

"Biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə aid olmasında kimsədə şübhə yoxdur. Bizim mövqeyimiz ədalətlidir".

Nazir vurğulayıb ki, delimitasiya prosesi kifayət qədər spesifik və texniki məsələdir:

"Sərhəd məsələsi delimitasiya prosesinin tərkib hissəsi olaraq həllini tapmalıdır. Azərbaycan sülh məsələsinin mümkün qədər tez həllini tapmasında maraqlıdır. Amma delimitasiya məsələsi daha uzun çəkə bilər".скачать dle 12.1