Bia.Az

"Diplomatik pərdə arxasında gizlənən agenturanın ifşası Fransaya və Makrona "tərs şapalaq" oldu"

Siyasət
 28-12-2023, 15:34     278

"Fransa, uzun illərdir Azərbaycana qarşı çox ciddi kampaniyalar aparır. Bunu Fransanın prezidenti Emmanuel Makron, Xarici İşlər Naziri Ketrin Kolon edir. Bu, Fransanın Azərbaycana qarşı olan siyasətidir. Xüsusilə də, 44 günlük Vətən müharibəsindən sonra Fransa birtərəfli olaraq bildirdi ki, Ermənistanın yanındadır, “onun böyük bacısıdır” və ona dəstək olacaq. Buna görə də Ermənistanı silahlandırır, Cənubi Qafqazı yenidən münaqişə ocağına çevirmək istəyir. Azərbaycan isə Fransanın bu hərəkətlərinə qarşı çox məharətli işlər aparır".


BİA.az xəbər verir ki, bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Elşad Həsənov bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasətini ifşa etdi və Afrika ölkələrinin bir neçəsindən Fransa rəsmən qovuldu. Fransanın neokolonializm siyasəti də iflasa uğradı.

Politoloq Elşad Həsənov 
Elşad Həsənov

Politoloqun sözlərinə görə, eyni zamanda da son dövrün dünya əks-kəşfiyyatında sensasiya olacaq bir hadisəsi də Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparıldı.

“Təsəvvür edin ki, Fransanın Azərbaycanda diplomatik pərdə altında kəşfiyyat işi aparan əməkdaşları ifşa olundu, onların agentura şəbəkəsi üzə çıxarıldı. Həbslər həyata keçirilidi. Bizim təhlükəsizlik orqanlarının əməkdaşlarının əldə etdiyi məlumata əsasən, Fransanın Ukraynada, Moldovada, Gürcüstanda, bəzi Afrika ölkələrində, Şərqi Avropa ölkələrində, yaxın Şərq və mərkəzi Asiya ölkələrindəki agentura şəbəkəsi üzə çıxarılıb. Bu, çox böyük uğurdur. Bizim təhlükəsizlik orqanlarının apardığı çox böyük işdir. Mən bu münasibətlə başda general polkovnik Əli Nağıyev olmaqla, Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına, bu işdə əməyi olan bütün əməkdaşlara bir təhlükəsizlik orqanının veteranı kimi təşəkkürümü bildirirəm.

Fransaya və Fransa prezidentinə "tərs şapalaq" vuruldu. Buna görə də Emmanuel Makron dekabrın 20-də Fransanın Xarici Kəşfiyat Baş İdarəsinin rəisi Bernard Emyeni işdən azad etdi. Onun yerinə orta məktəbdə bir oxuduğu Nikolas Lerneri təyin etdi.

Azərbaycanda bu şəbəkə ifşa olunduqdan sonra Burkina Fasoda (Afrika ölkəsi) onların xarici kəşfiyyat idarəsinin 4 əməkdaşı saxlanıldı. Və bu arada, Afrika mətbuatının yazdığına görə, onlar İKT mütəxəssisi kimi fəaliyyət göstəriblər və onlar saxlanılarkən üzərlərində diplomatik pasportlar olduğuna görə, onları həbs etməyiblər, onlar Burkina Fasodan xaric edilib. Bunun ardınca Əlcəzairdə hərbi əks-kəşfiyyat Fransanın bir neçə agentini tutub. Yəni bunlar elə bir əməliyyatlardır ki, artıq dünyada səs salıb”-deyə politoloq izah edib.

Elşad Həsənov hesab edir ki, Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının bu sahədə apardığı iş, şanlı qələbəmiz olan Şuşa zəfəri kimi bir dərslik üslubunda yayılacaq, oxunacaq.

“Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri xanım Ann Buayon xarici işlər nazirliyinə çağrılıb və Fransa səfirliyinin 2 əməkdaşının diplomatik statusuna uyğun olmayan və diplomatik əlaqələr haqqında 1961-ci il Vyana konvensiyası ilə ziddiyət təşkil edən fəaliyyətlərinə görə, ciddi etiraz bildirilib və onların Azərbaycan höküməti tərəfindən "arzu olunmaz şəxs" elan olunub. Onların 48 saat ərzində Azərbaycanı tərk etməsi tələb olunub. Bu, doğrudan da çox böyük nailiyyətdir. Bu, Fransanın Cənubi Qafqazda həyata keçirmək istədiyi bütün planların üstündən xətt çəkir”-deyə Elşad Həsənov əlavə edib. O, bildirib ki, dekabrın 25 və 26-da Sankt-Peterburqda keçirilən Avrasiya ölkələrinin dövlət rəhbərlərinin görüşündə iştirak edən Nikol Paşinyan artıq Qərbin o, cümlədən Fransanın və Amerikanın onlara Rusiya qədər dəstək olmadığını gördü. Yəni bu mənada Fransanın Cənubi Qafqazda siyasəti iflasa uğradı, ifşa olundu. Bu işdə isə, Azərbaycanın siyasi rəhbərliyinin və təhlükəsizlik orqanlarının böyük əməyi oldu.

BİA.az
скачать dle 12.1