Bia.Az

İranın Azərbaycana Xəzəryanı təşkilat yaratmaq təklifi - hiylə, yoxsa...

Siyasət
 15-12-2023, 14:49     233

ehran Xəzərdən istifadə ilə bağlı veto hüququ əldə etmək istəyir və bu da istisnasız olaraq, enerji layihələri, həmçinin Transxəzərlə bağlıdır...

İran XİN başçısı Hüseyn Əmir Abdullahian beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaqla bağlı təklif irəli sürüb. Bu barədə o, Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının görüşü zamanı danışıb. 
“Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir", - o deyib. 
Bəzi ekspertlər bildirir ki, İranın sözügedən təklifi Azərbaycanın irəli sürdüyü 3+3 platformasının təkrarıdır. Lakin burada hədəflər tamamilə fərqlidir. Belə bir təşkilat yaradılarsa, gələcək perspektivdə Transxəzər layihələrinin həyata keçirilmə məsələlərini birbaşa bu təşkilatla razılaşdırmağa bağlaya bilərlər. Bu məsələdə mütləq mənada bütün Xəzəryanı ölkələrin razılığının vacib olduğunu ortaya qoymaq istəyirlər.
Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI
Elçin Mirzəbəyli
BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, cənub qonşumuzun niyyəti Xəzərdə veto hüququ əldə etməkdir: “Xəzəryanı dövlətlərin başçılarının ilk Zirvə görüşü 2002-ci ildə Türkmənistanın həmin dövrdəki paytaxtı Aşqabadda keçirilib. İkinci Zirvə görüşü isə 2007-ci ildə, Tehranda baş tutub və bu zirvə görüşündə 25 bənddən ibarət bəyannamə imzalanıb ki, sözügedən sənəd Xəzəryanı ölkələrin ilk əməkdaşlıq platforması kimi təqdim olunmasına imkan verir. Xəzəryanı ölkələrin rəhbərlərinin 2018-ci ildə, Aktauda keçirilən Zirvə görüşündə isə "Xəzəryanı dövlətlərin hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanıb ki, bu da Xəzəryanı ölkələrin vahid platforma çərçivəsində əməkdaşlığı üçün hüquqi əsas sayıla bilər. Çünki məhz bu sənədin imzalanması ilə Xəzəryanı dövlətlərin münasibətləri Zirvə görüşləri çərçivəsində, bir qayda olaraq hövzənin hüquqi statusu və digər bu kimi məsələlərlə bağlı aparılan müzakirələrin əsas predmetlərindən kənara çıxıb və real əməkdaşlıq platforması statusu qazanıb. Sözügedən sazişin imzalanmasından sonra İranın xarici işlər nazirinin Xəzəryanı dövlətlərin vahid bir təsisat çərçivəsində əməkdaşlığını nəzərdə tutan platforma təşəbbüsü ilə çıxış etməsi isə Tehranın bu məsələyə, bölgədəki yeni vəziyyətdən yararlanaraq fərqli spektrdən yanaşmağa cəhd göstərdiyini ortaya qoyur. Əslində İranın bu məsələ ilə bağlı “qarın ağrısı” Hüseyn Əmir Abdullahian təşəbbüs, yaxud təklif adı ilə təqdim etdiyi iddialarında ifadə olunur. Tehran Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə edən və proseslərə nəzəri həyata keçirən, dövlətlərin suveren iradələrindən yüksəkdə dayanan bir qurumun yaradılmasını arzulayır. Həm də elə bir qurum ki, Xəzərdə həyata keçirilən bütün layihələrin 5 dövlət arasında konsensus yolu ilə razılaşdırılmasını həyata keçirsin. Yəni İran Xəzərdə veto hüququ əldə etmək istəyir və bu da istisnasız olaraq, enerji layihələri, həmçinin Transxəzərlə bağlıdır. Məlum olduğu kimi, Xəzər qapalı su hövzələri ilə bağlı beynəlxalq konvensiyalara, həmçinin Xəzərin hüquqi statusu haqqında Konvensiyaya əsasən ortaq xətt üzrə bölünür. Dənizin səthi yük daşınmaları üçün bütün sahilyanı dövlətlərə açıq olsa da, dənizin təki, müəyyən edilmiş sərhədlər üzrə dövlətlərin ərazisi sayılır. Yəni mövcud hüquqi reallıqlara əsasən, İran Qazaxıstan, yaxud Türkmənistan, eləcə də digər dövlətlər arasında həyata keçirilən nəqliyyat dəhlizləri layihələrinə, o cümlədən Şərq-Qərb dəhlizinin Xəzərdən keçən hissəsinə müdaxilə edə bilməz. Amma Xəzərdə, Tehranın iddia etdiyi kimi, bütün sahələrin idarə olunmasında qərarların konsensus yolu ilə əldə edilməsinə imkan verən bir təsisat yaranarsa, o zaman İranın “burnunu hər yerə soxması” üçün hüquqi əsas yaranır. Şübhəsiz ki, nəinki Azərbaycan, bölgənin heç bir dövləti buna imkan verməz və belə bir iddianın həyata keçməsi, dövlətlərin suveren hüquqlarının üzərlərinə götürdükləri öhdəliklərlə məhdudlaşdırılması deməkdir".
Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu təklifi Azərbaycan üçün məqbul saymır: “Xəzər dənizi, bildiyiniz kimi, dünyanın ən böyük qapalı su hövzəsidir və zəngin karbohidrogen yataqlarına malik olması, həmçinin Orta Asiyaya qısa çıxış baxımından strateji əhəmiyyətə malikdir. Uzun illər 5 Xəzəryanı dövlətlər Xəzər dənizinin hüquqi statusunu müəyyən edə bilməmələrində əsas səbəb bu strateji amillər olmuşdu. Nəhayət, 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan Xəzərin hüquqi statusu ilə bağlı beynəlxalq konvensiya imzaladı. Praumla və 24 maddədən ibarət olan həmin konvensiyada Xəzərin hüquqi statusu, tərəflərin əməkdaşlıq, mənafelərin qarşılıqlı təminatı, hərbisizləşdirilməsi, resurslarından istifadə qaydaları və s. müəyyənləşdirilib. Xəzərin bölünməsi və hər bir dövlətin ərazi sularında suveren hüquqlarının sərbəst şəkildə gerçəkləşdirilməsi razılaşmalara baxmayaraq zaman-zaman İran və Rusiyanı ambisiyaları səbəbindən pozulub. 3 il öncə Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizindən Suriyada rejim əleyhinə döyüşən silahlı birləşmələrə raket zərbələri endirməsi, İranın ərazi sularımıza icazəsiz daxil olması buna əyani misallardır. Halbuki konvensiyaya görə dənizdən üçüncü ölkələrə qarşı hərbi yöndə istifadəyə icazə verilmir. İran Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaqla bağlı təklif zahirən bəlkə də cəlbedici görünə bilərdi. Onsuz da adıçəkilən konvensiyada tərəflər arasında əməkdaşlıq, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühiti, əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə yardım, Xəzər dənizinin dinc məqsədlər üçün istifadə olunmasına, onun resurslarının səmərəli istifadəsinə, təbii ətraf mühitin tədqiqi, müdafiəsi və qorunub saxlanması ilə bağlı xüsusatlar öz əksini tapıb. Yenidən hansısa katibliyin və təşkilatın yaradılmasına ehtiyac görmürəm. Xüsusən də İranın baş diplomatının irəli sürdüyü Xəzərlə bağlı bütün qərarların beş sahilyanı ölkənin konsensusla və razılıqla verilməsi təklifi Bakının maraqlarına qətiyyən uyğun deyil. Əvvəla, ona görə ki, Azərbaycan strateji Xəzər dənizinin bölünməz pay hissəsində və ya dənizin dibi ilə enerji və kommunikasiya xətlərinin, xüsusən də Qazaxıstan və Türkmənistan təbii qazının Xəzərin dibi ilə Azərbaycan üzərindən Avropa bazarlarına çıxışını nəzərdə tutan Transxəzər qaz kəməri İrandan asılı vəziyyətə düşür. Çünki qərarlar konsensus əsasında veriləcəksə, bu qərarları rəsmi Tehranın blok edəcəyi məlumdur. Azərbaycanın təklif etdiyi 3+3 formatı tamamilə fərqlidir. İran hiyləgər gediş etməklə Transxəzərlə bağlı nəzərdə tutulan beynəlxalq layihələri və strateji planlara təkcə çıxış imkanları deyil, üstəlik də nəzarət imkanı qazanır. İmperativlik də məhz buna hesablanıb. Ümumilikdə götürdükdə İran hakim dairələri istər Şərq-Qərb nəqliyyat və tranzit xətlərinə, istərsə də Transxəzər layihələrinə ciddi maraq göstərir və birbaşa iştirakçı, pay sahibliyinə can atması aydın görünür. Şərq-Qərb nəqliyyat və tranzit xətlərinin tərkib hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun Araz çayı üzərindən İranın nəqliyyat xəttinə birləşməsi barədə Azərbaycan-İran arasında əldə olunan razılaşma Qərbi qane etməsə də, cənub qonşumuz üçün avantaj yaratdı. Fikrimcə, İran məruz qaldığı beynəlxalq sanksiyalardan xilas olmaq üçün qonşu ölkələrin, xüsusən də Azərbaycanın imkanlarından və strateji mövqeyindən maksimum yararlanmağa çalışır. İrana isə güvənmək sadəlövhlük olardı"./Musavat.com/скачать dle 12.1