Bia.Az

Vardanyan hamını döyüşə çağırdı - Xankəndidəki aksiyada Rusiya barmağı ÜZƏ ÇIXDI – detallar CANLIda

Siyasət
 14-07-2023, 13:53     317

“Separatçıların Brüssel görüşü ərəfəsində Xankəndidə aksiyaya başlamasının iki məqsədi var: Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına etiraz etmək və görüşdə Paşinyanın “əlini gücləndirmək”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, birinci hədəf görüntü xarakteri daşıyır: “İstisna deyil ki, aksiya qərarını Brüsselə getməmişdən öncə Paşinyan verib. Paşinyan Brüsseldə qondarma “Xankəndi-Bakı” formatının və “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması üçün beynəlxalq mexanizmin” yaradılması iddiasında yenidən israr edəcək və “Laçın” postunun açılmasının vacibliyini irəli sürəcək. Xankəndidəki aksiyanın da Nikola iddialarını əsaslandırmaq üçün lazım olduğu görünür”.

A.Nərimanlı deyib ki, separatçılar bu gün qondarma “xalq hərəkatı”na başladıqlarını bildiriblər:

“Bu, 1988-ci il hadisələrinin təkrarıdır və hələ də hesab edirlər ki, 35 il öncə etdikləri kimi, eyni addımla istədiklərinə nail ola biləcəklər. Lakin indi nə ötən əsrdir, nə də Azərbaycan həminki ölkədir. Bu gün erməni separatizmini Qarabağda əsgər saxlayan Rusiyanın özü belə qoruya bilmir. Bu baxımdan, qondarma “xalq hərəkatı” heç nəyi dəyişdirməyəcək. Bakının prinsipial mövqeyi davam edir”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

скачать dle 12.1