Bia.Az

ABŞ-ın İrəvana sanksiyaları qüvvəyə mindi - münasibətlərdə çat

Siyasət
 24-05-2023, 12:26     261

Rusiyanın sanksiyalardan yayınmasına kömək edən erməni şirkətləri cəzalandırıldı və Vaşinqton bu ölkənin özbaşınalıqlarına göz yummadı; ekspertlər isə fərqli düşünür

ABŞ Ermənistanın bir neçə müəssisəsinə və bu ölkədə qeydiyyatdan keçmiş daha bir neçə şirkətə sanksiya tətbiq edib. “Yeni Müsavat”ın məlumatına görə, sənəd ABŞ-ın federal reyestrində dərc edilib və mayın 23-də qüvvəyə minib.
ABŞ Ticarət Nazirliyi Ermənistanın “Medisar” şirkəti də (sənaye və laboratoriya kimyası idxalı ilə məşğul olan) daxil olmaqla, 71 müəssisəyə qarşı ixrac məhdudiyyəti tətbiq edib. Ermənistanda qeydiyyatdan keçmiş bir neçə şirkət, o cümlədən “Tako MMC” (digər adı Rusiyanın “Radioavtomatika” MMC-nin tərəfdaşı olan “Taco” MMC) və “Milur Electronics MMC” (mikrosxem istehsal edən “Milandr”ın Ermənistan filialı) da daxil olmaqla, ABŞ-ın Rusiya əleyhinə sanksiyalarına məruz qalıb. Digər şirkətlər Rusiyanın 69 müəssisəsi (onlar Rusiyanın hərbi-müdafiə kompleksinə dəstək verir-red.) və Qırğızıstanın “Tro.Ya” (elektron avadanlıq və komponentlərin tədarükçüsü) şirkətidir.
Xatırladaq ki, uzun illərdir Ermənistan İrana da sanksiyalardan yayınmağa kömək edir. Buna baxmayaraq, ABŞ və digər Qərb dövlətləri neçə illərdir buna göz yumurdu. Ermənistanın istər İranla bağlı, istərsə də Rusiya ilə bağlı sanksiyalardan yayınmaqda vasitəçi rolunu oynamasına aid kifayət qədər dəlillər olsa da, sanksiyaları tətbiq edən və əsas dəstəkçiləri olan Qərb bloku ölkələri bununla bağlı Ermənistana qarşı hər hansı ciddi bir addım atmırdı.
Amma nəhayət ki, ABŞ İrəvanın bu aşkar özbaşınalığına göz yummadı və sanksiya qərarı verdi. Gözlənilir ki, ABŞ-la Ermənistan arasındakı münasibətlər bu qərar səbəbindən gərginləşcək.
ABŞ-ın Ermənistana sanksiyaları İrəvan- Vaşinqton xəttində hansı mənfi nəticələr verəcək?
Razi Nurullayev koronavirusa yoluxub - pia.az
Razi Nurullayev
Deputat Razi Nurullayev “Yeni Müsavat”a bildirdi ki, bu sanksiyalar Paşinyan iqtidarını cəzalandırmaq anlamına gəlmir. Onun fikrincə, Rusiyanın sanksiyalardan yayınmasında köməklik edən şirkətlərə, erməni iş adamlarına zərbədir. Deputat hesab edir ki, başqa ölkə olsaydı, Birləşmiş Ştatlar birbaşa hökumətə qarşı sərt tədbirlər görərdi. “Ancaq Ermənistanla münasibətdə belə yanaşmalardan qaçılır. Burada Amerikadakı erməni lobbisinin güclü olması da mühüm rol oynayır. İkincisi, Ermənistan bu addımlarını iqtisadi blokadada qalması ilə əsaslandırmağa çalışır. Bu ölkə İrana da sanksiyalardan yayınmaqda dəstək verir. Ancaq İrəvan diplomatik kanallarla Qərbdə olan tərəfdaşlarına izah etməyə çalışır ki, başqa yolumuz yoxdur, iqtisadi blokadada qalmışıq, bunu özümüz üçün etməyə məcburuq”, - deyə R.Nurullayev belə şərh etdi. Millət vəkilinin sözlərinə görə, bundan sonrakı mərhələdə  Vaşinqtonun İrəvana mövqeyi sərt olacaq: “Çünki Ermənistanın blokadadan çıxması öz əllərindədir. Sülh müqaviləsi ilə bağlı təkliflər verilib, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu tanıyıb, bundan sonra Ermənistan sülhdən yayınıb uzadacaqsa, öz günahı sayılacaq”.
Azad MƏSİYEV
Azad Məsiyev 
Siyasi ekspert Azad Məsiyev hesab etmir ki, cəzalar İrəvana yönəlib. Onun bildirdiyinə görə, Birləşmiş Ştatlar öz kadrını bütün həmlələrdən qoruyur: “Vaşinqton Paşinyan iqtidarından strateji məqsədlər üçün istifadə edir. ABŞ çağırış etdi ki, rus hərbçilərini sərhədlərdən çıxarsınlar, KTMT-ni tərk etsinlər, Gümrüdəki bazanı evakuasiya etsinlər. Buna görə müəyyən lobbidən Ermənistana təzyiq edilməkdədir. Ancaq sanksiyalar Rusiyaya dəstək verən, Rusiya ilə əməkdaşlıq edən şirkətlərə tətbiq olunub. Əslində bu sanksiya Ermənistan hökumətinə şamil olunmayıb, ruslarla işləyən müəssisələr cəzalandırılır. Bununla Paşinyan daha da qorunur, əli gücləndirilir. Çünki həmin şirkətlər Ermənistanda Rusiya ilə yaxınlığı olan müxalifəti, qüvvələri maliyyələşdirir”.
KTMT Ermənistanın könlünü almaq işini aparır”
Xəzər Teyyublu 
Hüquq müdafiəçisi Xəzər Teyyublu açıqlamasında ABŞ-ın Ermənistana işğalçı və təcavüzkar olmasına görə sanksiya tətbiq etmədiyini xatırlatdı: “Əksinə, Birinci Qarabağ müharibəsi zamanı Ağ Evin indiki rəhbəri Cozef Baydenə Azərbaycana hərbi yardımları veto qoyan bədnam "907-ci düzəliş"in müəlliflərindən biri oldu. İndi Bayden prezidentdir və ermənipərəst siyasət yürüdür, Paşinyanı müdafiə edir, sizcə, Ermənistan dövlətinə sanksiya qoyarmı? Bu, Rusiyanı sanksiya zərbələrindən qoruyan şirkətlərə aiddir. Ümumiyyətlə, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi artıb. Ermənistan şirkətləri Avropa mallarını öz tələbatı kimi sifariş edir, sonra identifikasiya kodunu dəyişib Rusiyaya satırlar. Ermənistan iqtisadiyyatı isə ruslardan asılıdır. Ölkədə əksər firmalar Rusiyaya bağlıdır. Ona görə Vaşinqton sanksiyaları Ermənistandakı rus təsir dairəsinə tətbiq edib". Hüquq müdafiəçisi Vaşinqton-İrəvan münasibətlərinin gərginləşməsini hələlik gözləmir: “Lavrov açıq dedi ki, amerikalılar onlara təhlükəsizlik zəmanəti verir, əvəzində rusları qovmağa çağırır. Amma rus diplomat yada saldı ki, amerikalılara güvənmək olmaz, onlar Misirdə, Əfqanıstanda tərəfdaşlarını yarıyolda qoyublar. Gürcüstanda Saakaşvilini də yem etdilər. Gələcəkdə Zelenskinin də arxasından çəkiləcəkləri istisna deyil. Ona görə oxşar aqibəti Paşinyan da yaşaya bilər. Həmçinin, Azərbaycanla sülh danışıqlarında Ermənistan hakimiyyəti Rusiyanın istəklərinə uyğun konyuktura nümayiş etdirsə, o halda ABŞ-la əlaqələri pisləşə bilər”.скачать dle 12.1