Bia.Az

Əliyevdən İranın Nizami Gəncəvi ilə bağlı iddialarına cavab

Siyasət
 9-03-2023, 10:41     226

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına böyük hörmətlə yanaşır.

Yenipress.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Nizami Gəncəvinin doğma Gəncə şəhərində dünyaya gəldiyini, orada yazıb-yaratdığını və orada da dəfn olunduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Onun müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürüdür”.


Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani “Nizami həftəsi”nin açılışında çıxış edərək, Nizami Gəncəvinin milliyyətcə fars olduğunu iddia etmişdi.скачать dle 12.1