Bia.Az

Dost var, üzdə gülər, arxanda yanar... - Ədalət Qarabulud

KÖŞƏ YAZARLARI
 6-09-2025, 01:03     1 176

Ad günümdə dostlarıma...

Cox dostlar görmuşəm, cürbəcür qəlbli, 
Ürəyi oxumaq asan deyil dost, 
Bəzən təmiz olur, bəzən ləkəli,
Bəzən də qardaşdan, əziz olur dost.

Dost var, üzdə gülər, arxanda yanar
Əgər həyatında şən görsə səni.
Dostda var, qəmini özünün sanar, 
Cəkər səndən də cox sənin qəmini...

Deyirəm dostluqda mərd kimi dayan, 
Namərd tək cən qacma, bəd əyağında...
Şam ol dostdan ötrü, şam kimi də yan
Əbədi olarsan dostlar yanında...

                   19.12.1974-cü il.

Süfrəmdə ən tünd şərabsan...

...mən səndə seyr etdim,
dənizlərin ən mavisini...
mən səndə qoxuladım,
cıcəklərin ən solmazını...
mən səndə dadım
məhəbbətin ən şirinini...
sən gözümdə işıq,
könlümdə əzabsan...
süfrəmdə
ən tünd şərabsan...

     20.05. 1978-ci il.

Dünyanın ən qərib adamı...

...öz icini yeyə-yeyə
acıyırdı elə...
göz yaşını icə-icə
sussayırdı elə...
görənlər deyirdi
yazıqdır, fagırdır,
dəli deyən də oldu,
hayan duran olmadı...
öz icini yeyə-yeyə
göz yaşını icə-icə 
bir gün öldü...
axır ki, böşının üsdə
Allahı güldü...
       18. 08.1985-ci il.

Novruzgülü...
Catır yavaş - yavaş bu qışın sonu,
Bir gün qar üstünə ciləyər onu,
Bir qızdır səmadan bicilmiş donu,
Novruzgülü...

Bahar güllərinin vüqarı, tacı
Cicəklər icində ən böyük bacı, 
Niyə baxır görən, belə qıyğacı
Novruzgülü...
            15.03 1986- cı il.

Nögul paylayıram onlara...

..harda uşaq görsəm,
əlində yalancı tüfəng,
"dava-dava" oynayan
qəmlənirəm mən
aglada-aglada olsada
alıram
yalancı tüfəngləri
əllərindən
sonra ovuc-ovuc
nögul paylayıram onlara...

       25.O7.1989-cu il.


Ədalət Qarabulud.

BİA.az

скачать dle 12.1